Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
XƏBƏR / 30.03.2022 01:57
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar.
Sonra dövlətimizin başçısı Azərbaycan
xalqını təbrik edib. "carciTV” təbriki təqdim edir.
Prezident İlham Əliyevin
təbriki
- Əziz bacılar və qardaşlar.
Sizi Novruz bayramı münasibətilə ürəkdən
təbrik edirəm.
İkinci dəfədir ki, tarixi Zəfərimizdən
sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər
birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram
günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda
Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu
gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün
mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan
Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün
əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim.
Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz
burada, doğma Qarabağ diyarında qeyd edirik.
Suqovuşan qədim Azərbaycanın tarixi
yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə
doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma
daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza
qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun
tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər
boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə
burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz
kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30
ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi
ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki,
heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır.
Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı
qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu,
bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz
döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından
azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq,
doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox
genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər
yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri
tezliklə bu doğma diyara qaytarmaqdır.
Abadlıq və quruculuq işləri, o cümlədən
Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə
iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının
yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq
işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq
böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan
ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi,
kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir
edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox
vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün
planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur
bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri
görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi
var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz
hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər
dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik.
Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi
torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca
bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir.
Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada
azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik
şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan
dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.
Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!
Oxunub: 148
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim