Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir
XƏBƏR / 31.03.2022 21:43
Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə
ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar tədbirlər hazırda respublikanın bütün bölgələrində keçirilir. Yeni
Azərbaycan Partiyası tərəfindən "Soyqırım: ümumbəşəri cinayətlər
kontekstindən yeni baxış" mövzusunda elmi-praktiki konfransın Qubada
keçirilməsi isə təsadüfi deyil. Çünki erməni cinayətlərinin qurbanlarının
xatirəsinə ucaldılmış Soyqırımı Memorial Kompleksi Qubada yaradılıb. Burada
kütləvi məzarlıq aşkar olunduqdan sonra bu möhtəşəm kompleks yaradılıb. Bu
kompleksin yaradılmasının keçmişi yaddan çıxarmamaq, gələcəkdə daha güclü
olmağımız üçün mənəvi əhəmiyyəti var.
"carciTV" xəbər verir ki, bu
fikirləri Qubada jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP)
Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
YAP Sədrinin müavini bildirib ki, 200 ildən
artıq müddətdə ermənilərin soyqırımı siyasətini həyata keçirməsi nəticəsində
minlərlə azərbaycanlı qətlə yetirilib. Bu qətliamlara vaxtında tarixi-siyasi
qiymətin verilməməsi ermənilərin bu cinayətləri davam etdirmələrinə şərait
yaradıb. Yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımı
cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, eləcə də dövlətimizin həyata
keçirdiyi siyasət nəticəsində dünya baş verən hadisələrə düzgün qiymət verməyə
başladı. Təbii ki, bu proseslərdə Heydər Əliyev yolunun müzəffər davamçısı,
Prezident İlham Əliyevin siyasətini xüsusi qeyd etmək lazımdır. Elə bir
beynəlxalq tədbir yoxdur ki, Prezident İlham Əliyev bu həqiqətləri dünya
ictimaiyyətinə çatdırmasın.
Tahir Budaqov, eyni zamanda, qeyd edib ki,
Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər
həyata keçirilir. İstər respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın, istərsə də Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər
nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyıb. Erməni
vandalizminin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı
cinayət olduğu gündəmdə saxlanılır.
Soyqırımı hadisələrinin qan yaddaşımıza həkk
olunduğunu deyən Tahir Budaqovun sözlərinə görə, erməni cinayətlərinin daim
ifşa edilməsi, bu cinayətlərə beynəlxalq aləm tərəfindən qiymət verilməsi
dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. "Biz qürurla
deyə bilərik ki, erməni vandalizminin qurbanlarının, şəhidlərimizin qanı yerdə
qalmadı. Azərbaycanın rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin
edilməsi, tarixi ədalətin bərpa olunması istiqamətində möhtəşəm Zəfər yolu
keçdi. Hazırda bu Zəfərin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın
yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunması yönündə ciddi
nəticələr var. Həmçinin Azərbaycan xalqı bu müharibədə öz böyüklüyünü bir daha
nümayiş etdirdi. Ermənilərin xalqımıza qarşı kütləvi qırğınlarına,
cinayətlərinə baxmayaraq, Ordumuz 44 günlük müharibədə dinc erməni əhalisini,
mülki obyektləri hədəfə almadı, yalnız hərbi hədəfləri məhv etdi", - deyə
YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.
Oxunub: 145
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim