reklam
USD
14 ℃
EUR
BAKI

Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başlayıb

CANLI TV / 05.04.2022 10:22

Heydər Əliyev Mərkəzində "III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başlayıb


Autizm maarifləndirmə tədbirləri çərçivəsində aprelin 2-də Heydər Əliyev Mərkəzində "III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı başlayıb.

"carciTV" xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Regional İnkişaf” İctimai Birliyi və "Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm sindromunun erkən aşkarlaması, müdaxiləsi üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

"bp Azərbaycan”, "Tekfen İnşaat", "Beauttech” və "EKVİTA" şirkətlərinin, Azərbaycan Otellər Assosiasiyası, "Fairmont Baku" ,"Marriott Baku Boulevard" otellərinin, "Ümid var” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə keçirilən konfransın açılışında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, tədqiqatlar autizmi yalnız dərmanlar vasitəsilə sağaltmağın mümkün olmadığını göstərir. Bu xəstəliyin əsas müalicəsi ünsiyyət və təlim, həmçinin reabilitasiya yolu ilə həyata keçirilməlidir. O bildirib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq çox vacibdir.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sağlamlıq imkanları məhdud uşaqlara dəstəyin verilməsinin dövlətin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə sosial ödənişlər son 4 ildə 3,4 dəfə artırılıb. Son illərdə reabilitasiya mərkəzləri müasir tələblərə uyğun qurulub. 2019-2020-ci illərdə 12 reabilitasiya və sosial dövlət müəssisəsi əsaslı təmir olunaraq istifadəyə verilib.

H.Abdullayev deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük dəstək göstərir. Bu gün müasir tələblərə cavab verən üç uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. İl ərzində həmin reabilitasiya mərkəzlərində sağlamlıq imkanları məhdud, eləcə də autizm sindromlu dörd minə yaxın uşaq sosial, peşə fəaliyyətləri ilə əhatə olunur.

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışında dövlətimizin xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqətdən danışıb. Həssas qruplardan olan insanların daim dövlətimizin nəzarətində olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd edib ki, son 15 ildə nikah üzrə autizmlə doğulan körpələrin sayında təxminən 2,5 dəfə artım olub. Ölkəmizdə autizmlə bağlı mühüm işlər həyata keçirilir və müəyyən nəticələr əldə olunub. Əhalinin bu istiqamətdə məlumatlandırılmasında müsbət tendensiyalar müşahidə edilir.

A.Sofiyeva dövlətimizin sözügedən sahədə gördüyü işlərdən danışıb. Heydər Əliyevin Fondu tərəfindən autizmli uşaqlar üçün mərkəzin istifadəyə verildiyini xatırladıb. Deyib ki, bu, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına, onlara dəstək verilməsinə yardım edəcək.

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova autizmli uşaqlara diqqət və qayğının daha da artırılmasının vacibliyini vurğulayıb. O, bütün sahələr kimi, autizm sahəsinin də dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu deyib. Həmçinin autizmli uşaqlara erkən diaqnostikanın əhəmiyyətini vurğulayıb.

"Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva bildirib ki, ABA Azərbaycan autizm spektr pozuntusu barədə çoxşaxəli və genişmiqyaslı maarifləndirmə işləri aparır. Bugünkü konfrans autizmi anlamaq və anlatmaq baxımından əhəmiyyətlidir.

"Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova qeyd edib ki, dünyada hər 44 uşaqdan biri autizm spektr pozuntusu ilə doğulur. Buna görə də autizm bütün cəmiyyətimizin və dünyamızın əsas problemlərindən birinə çevrilməkdədir.

Konfranda videomüraciətlə çıxış edən autizm spektr pozuntu diaqnozlu professor Temple Qrandin öz həyatı barədə danışıb, uşaqlıqda keçirdiyi çətinliklərdən, autizm barədə yazdığı məqalədən danışıb və həyat təcrübələrini bölüşüb.

Təhsil məsləhətçisi Peter Qrimes Azərbaycanda bütün uşaqlar üçün inklüziv təhsil yanaşması haqqında məlumat verib. Bildirib ki, inklüziv təhsilin genişləndirilməsi üçün əvvəlcə inklüziv məktəblərin qurulması vacibdir. Son 5 il ərzində ölkəmizdə apardıqları araşdırmalar, təlimlər barədə danışan təhsil məsləhətçisi bu sahədə təlim keçən müəllimlərin təcrübələrinin artırılmasının vacibliyini vurğulayıb.

Digər təhsil məsləhətçisi Marieke Stevens isə Azərbaycanda apardıqları iki tədqiqat barədə məlumat verib, statistik rəqəmləri diqqətə çatdırıb. Azərbaycanda məhdud imkanlara malik olan uşaqlara dəstək formalarını diqqətə çatdırıb. Həmçinin müəllimlərin təlimlərdən keçməli olduğunu vurğulayıb. M.Stevens müəyyən qurumların bu istiqamətdə monitorinq aparmalı olduğunu bildirib: "Biz Azərbaycanda son illərdə inklüziv təhsillə bağlı inkişafın olduğunu görürük. Keçən ilin noyabrında apardığımız tədqiqatlar göstərdi ki, autizmli uşaqlara diqqət və qayğı göstərilir. Həmin uşaqlar keçirilən təlimlərdən sonra inkişaf edir”.

Çıxış edən Biruni Universiteti, BCBA-D, "BBA” şirkətinin icraçı direktoru Binyamin Birkan autizmli uşaqların ümumtəhsil məktəblərinə hazırlanmasında xüsusi təhsilin əhəmiyyəti və sistemli zəifləmə haqqında məlumat verib. O, autizmli uşaqların müxtəlif sahələrdə inkişafının vacibliyini diqqətə çatdırıb.

Sonda "Let’s Make a Contract” kitabının təqdimatı və imzalanma mərasimi baş tutub.

Konfransa aprelin 3-də autizmli gənc pianoçu Əlisahib Bayramovun müşayiəti və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək konsert proqramı ilə yekun vurulacaq.



Heydər Əliyev Mərkəzində "III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransının yekuna həsr olunan konsert keçirilib


Aprelin 3-də Heydər Əliyev Mərkəzində "III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransının yekuna həsr olunan konsert keçirilib.

"carciTV" xəbər verir ki, konsertdə autizmli gənclər və tanınmış incəsənət ustaları çıxış edib.

İlk çıxışçı-autizmli gənc piano ifaçısı Əlisahib Bayramov səhnəyə dəvət edilməzdən əvvəl onun konsertə necə hazırlaşdığını tamaşaçılara çatdırmaq üçün videoçarx göstərilib. Bildirilib ki, Əlisahib Bayramova səhnə vərdişlərini yiyələndirmək asan olmayıb. Bu məsələdə onun ailəsindən, çevrəsindən çox böyük səbir, dözüm, iradə, anlayış, insansevərlik tələb olunub. Ən böyük dəstəyi o, ailəsindən alıb. Qeyd olunub ki, anası, atası və qardaşı ona çox inanır. Amma bu sahədə pianoçuya ikinci böyük dəstəyi onun müəllimi, beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Humay Mansurova göstərib.

Sonra Əlisahib Bayramov və Humay Mansurova pianoda Tofiq Quliyevin "Sevgi” valsını ifa ediblər.

Gecədə Azərbaycanın fərqli balalarını öz himayəsində saxlayan Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. Bildirilib ki, Leyla Əliyeva yazdığı şeirlərilə hər zaman insanların qəlbinə yol tapır. O, istedadlı insanlara olan xüsusi münasibətilə seçilir. Buna görə də proqramda Leyla Əliyevanın yaradıcılığını göz önünə gətirmək üçün səhnəyə qiraətçi Xəzər Süleymanlı dəvət olunub. O, Eldar Mansurovun "Elegiya”sının sədaları altında Leyla Əliyevanın şeirlərindən birini oxuyub.

Tədbirdə Əlisahib Bayramovun fərqli bir dünyada yaşadığı diqqətə çatdırılıb. Bildirilib ki, onun ən çox sevdiyi əsərlərdən biri Müslüm Maqomayevin "Dəniz” mahnısıdır. Məhz dalğaların xışıltısında Əlisahib qurduğu dünyada rahatlıq tapır, öz arzularına qovuşur.

Proqramın davamında Şəhriyar İmanov tarda Azər Rzayevin "Düşüncə” əsərini, Ceyla Seyidova skripkada Rolf Lövlandın "Secret Garden” kompozisiyasını ifa edib. Ardınca Fərid Əliyev Müslüm Maqomayevin "Dəniz” mahnısını səsləndirib. Gecədə Faiq Sücəddinov "Vətən balladası”nı, Fidan Hacıyeva "Azərbaycan”, Tünzalə Ağayeva autizmli şəxslərdən bəhs edən "Fərqliyəm” mahnısını oxuyub.

İfalar zamanı səhnədə kompozisiyalara və mövzuya uyğun proyeksiya olunan videogörüntülər gecəyə xüsusi bir ab-hava gətirib.

Qeyd edək ki, aprelin 2-3-də Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, "Regional İnkişaf” İctimai Birliyi, "Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda məqsəd autizm sindromunun erkən aşkarlaması, erkən müdaxilə üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan beynəlxalq təcrübələrin öyrənilməsi, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək olub.



Oxunub: 196






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim