ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!
CANLI TV / 12.04.2022 02:22

ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!
Xəyanətlə verilən Şuşa mərdliklə qaytarıldı, məhəbbətlə qurulur...
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Şuşaya daxil olan hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq arasında böyük şöhrət qazanmış bu kəlamını qeyri-ixtiyari olaraq pıçıldayır:
"Əziz
Şuşa, biz qayıtmışıq!”
Yeni inkişaf, yeni intibah mərhələsi
Müdrik və qədirbilən Azərbaycan xalqı 11 aprel 2018-ci il
seçkilərində növbəti dəfə dövlət başçısı cənab İlham Əliyevə etimad göstərərək
və səs verərək onu daha 7 illik müddətinə Azərbaycan Respublikasının Prezidenti
vəzifəsinə seçdi.
Seçkilərdə iştirak edən seçicilərin böyük əksəriyyəti - 86,02
faizi növbəti dəfə Ümummilli Lider Heydər Əliyev siyasi kursuna və onun layiqli
davamçısı cənab İlham Əliyevə səs verərək etimad göstərməklə, seçimlərində
yanılmadıqlarını bir daha nümayiş etdirdilər.
Ötən 4 ildə, bütövlükdə son 18 ildə baş verənlər, yaşananlar
Azərbaycan vətəndaşlarının seçiminin nə qədər doğru və düzgün olduğunu ortaya
qoydu.
Azərbaycan xalqı, Azərbaycan seçicisi 90-cı illərin əvvəllərindən
fərqli olaraq populist, boğazdan yuxarı, aldadıcı, qeyri-real vədlərə deyil,
konkret əmələ, Azərbaycanın inkişafına, gələcəyinə səs verməklə, öz
addımlarında, öz qərarlarında stabil olduğunu bir daha gözlər önünə sərdi.
Qeyd etdiyimiz kimi, bizi prezident seçkilərindən 4 il ayırır və
ötən bu illər müstəqil Azərbaycanın inkişafının, tərəqqisinin yeni mərhələsi
hesab oluna bilər.
Daim Azərbaycan vətəndaşlarının yanında olan ölkə Prezidenti 4
ildə də insanlarımızın sosial rifah halının, güzəranının daha da
yaxşılaşdırılması istiqamətində bütün addımları atdı və atmaqdadır.
Ölkə vətəndaşlarının, xüsusilə həssas təbəqədən olan insanların
əməkhaqları, pensiyaları, müavinətləri dəfələrlə artırıldı. 2015-ci ildə baş
vermiş iki dağıdıcı devalvasiyadan sonra yaşanmış və cəmiyyətin böyük kəsimini
əhatə etmiş, onların narazılığına səbəb olmuş problemli kreditlər məsələsi
2019-cu ilin əvvəllərində birdəfəlik və kökündən həll edildi. Ölkə
Prezidentinin analoqu olmayan tarixi fərmanı ilə yüz minlərlə Azərbaycan insanı
bank asılılığından canlarını qurtardı.
Eyni zamanda ölkədə kadr və struktur islahatlarının yeni-inqilabi
mərhələsinə start verildi. Paralellik təşkil edən strukturlar ləğv edildi və ya
başqa qurumlara birləşdirildi, yerində olmayanlar və zamanın, islahatların
tələblərinə cavab verməyənlər dövlət idarəçiliyindən uzaqlaşdırıldı,
kənarlaşdırıldı. 2019-cu ilin sonlarında islahatlar ab-havasına uyğun olaraq
5-ci çağırış Milli Məclis vaxtından əvvəl buraxıldı və 2020-ci ilin fevralında
tam demokratik əsaslarla, şəffaf şəkildə növbədənkənar 6-cı çağırış Milli
Məclisə seçkilər keçirildi.
6-cı çağırış Milli Məclisin açılış iclasında iştirak edən ölkə
Prezidenti öz tarixi nitqində ölkədə siyasi həmrəyliyin əldə edilməsi üçün
bütün qüvvələrə dialoq çağırışı etdi. Parlamentin rəhbərliyindən tutmuş komitə
və komissiyalarına qədər hamısı müxtəlif partiyaların Milli Məclisdəki
nümayəndələrinin təmsilçiliyi ilə formalaşdırıldı. 30 ildən sonra ilk dəfə
olaraq parlamentə xanım millət vəkili Sahibə xanım Qafarova sədr seçildi.
2020-ci ilin əvvəllərindən bütövlükdə dünyanı ağuşuna almış
"gizli düşmən" - koronavirus pandemiyası ölkəmizə də təsirsiz
ötüşmədi, bizlərin də qapısını "çağırılmamış qonaq" kimi döydü.
Dünyanın aparıcı, nəhəng dövlətlərindən fərqli olaraq Azərbaycan dövləti,
Azərbaycan Prezidenti bu bəlaya çox ciddi yanaşdı və onun qarşısının alınması
üçün ilk gündən önəmli önləyici addımların atılmasına başladı.
Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, bütün məsələlərdə
örnək və nümunə olan Azərbaycan Prezideti və onun ən sadiq, ən yaxın silahdaşı
birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik
əməkhaqlarını həmin fonda ianə etdilər. Eyni zamanda hər ikisi qapalı
məkanlarda tibbi maska və əlcəklərdən istifadə etməklə hər kəsə nümunə və örnək
oldular. Bütövlükdə 5 milyona yaxın insanı əhatə edən bir neçə milyardlıq
sosial paket icraya yönəldildi. Bununla belə, beynəlxalq təşkilatlara, bir sıra
dövlətlərə bu dağıdıcı və qorxulu bəlaya qarşı mübarizə məqsədilə kömək, yadım
əli uzadıldı, onlara maliyyə dəstəyi göstərildi, növbəti Azərbaycan nümunəsi,
Azərbaycan modeli ortaya qoyuldu. Dünya bir daha Azərbaycanı gördü, tanıdı və
etiraf etdi.
Son 4 ilin, bütövlükdə isə 31 illik müstəqilliyimizin ən
mühüm hadisələrindən biri və bəlkə də birincisi yaşandı, 30 illik qanlı Qarabağ
münaqişəsinə son qoyulması istiqamətində tarixi qərar verildi, bu məsələyə son
nöqtə qoyuldu. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın
növbəti dəfə törətdiyi qanlı təxribatlara və fitnəkarlıqlara cavab olaraq Ali
Baş Komandan tərəfindən Azərbaycan Ordusuna "Vur!",
"Hücum!" əmri verildi. Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum
əməliyyatına keçdi, İkinci Qarabağ Savaşına, Qarabağ və ona bitişik ərazilərin
işğaldan azad edilməsinə başladı.
Cəmi 44 günə Azərbaycan torpaqları, Qarabağımız murdar yağı
tapdağından, erməni işğalından, erməni əsarətindən qurtuldu. Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi onun bütün ərazilərində təmin olundu, ay-ulduzlu,
üçrəngli bayrağmız bütün yurd yerlərimizdə qürurla dalğalandırıldı. Düşmən və
onun qanlı himayədarları üzərində tarixi və müqəddəs Qələbə və Zəfər əldə
edildi. Dağlı-aranlı Qarabağ Vahid Azərbaycan oldu. 10 noyabr Bəyanatı ilə
işğalçı və təcavüzkar ölkə Azərbaycan qarşısında təslimiyyətini, məğlubiyyətini
elan etdi. 10 dekabr tarixi Zəfər paradı ilə Azərbaycan bir daha dünyaya nələrə
qadir olduğunu və ola biləcəyini nümayiş etdirdi.
Bu gün artıq nə Dağlıq Qarabağ deyilən coğrafi
anlayış var, nə status-kvo, nə status var, nə cəbhə, nə də ki təmas xətti var.
Hamısı cəhənnəmə göndərildi, gorbagor edildi. Bu gün 86,6 kvadratkilometrlik
vahid Azərbaycan var. Bu gün məğlub Azərbaycandan Qalib Azərbaycana çevrilmiş
əzəmətli Azərbaycan var!
10 noyabrdan, tarixi Qələbə və Zəfərdən sonra Qarabağın
dirçəldilməsi, bərpa edilməsi işlərinə start verildi. Ölkə Prezidentinin
işğaldan azad edilmiş yurd yerlərimizə səfərləri başladı. Hər bir səfər də öz
tarixiliyi ilə yaddaşlara həkk olundu. Tarixi açılışlar, təməlatmalar baş verdi
və verməkdədir. Qarabağın, bütövlükdə Azərbaycanın təhlükəsizliyinin təminatı
istiqamətində tarixi "Şuşa - Müttəfiqlik Bəyannaməsi" imzalandı. Şuşa
şəhərində bir araya gələn Azərbaycan və Türkiyə liderləri-cənab İlham Əliyev və
hər zaman yanımızda olan cənab Rəcəb Tayyib Ərdoğan qardaşlığımızın, birlik və
bərabərliyimizin daha da dərinləşdirilməsi istiqamətində "Şuşa-Müttəfiqlik
Bəyannaməsi"nə mübarək imzalarını atmaqla, bir daha dünyaya "Bir
millət-iki dövlət" olduğumuzu əyan və bəyan etdilər.
Uğurlarımızı, nailiyyətlərimizi, Qələbə və Zəfərlərimizi saymaqla
bitirib-qurtarmaq olmur. Qalib sərkərdə müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti ilə bütün müstəvilərdə hər
gün, hər an tarix yazılır, Qələbə və Zəfərlər əldə edilir.
Bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında daha çox
Zəfərlərə imza atacaq, imzamızı imzalar içində daha da bərqərar edəcəyik!
ƏSGƏRLİ Nail Əli oğlu


2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
