18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
REPORTAJ / 18.04.2022 10:18
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
"carciTV" xəbər verir ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.
İnsanın yaratdığı abidələr,
yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey
söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının
məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə
qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə
üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis
olunması böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər
sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji
qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri
keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə
öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli
nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri
əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa,
əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və
azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən
qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar
edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların
məskunlaşdığını təsdiqləyir.
Ölkəmizin ərazisində Manna, daha
sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb,
müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası
dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm
qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan
tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi
və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.
Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr
inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan,
Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri
və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu
məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər:
"Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə
qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla –
yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır,
onlara öz minnətdarlığımızı bildiririk”.
Abidələrimizin və tarixi
yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib.
İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli
mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət
tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin
siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər”
Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala”
Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran” Tarix-Mədəniyyət
Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1
dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni
abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da
böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və
gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin,
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər
hər kəs üçün ən gözəl örnəkdir.
"İçərişəhər” memarlıq kompleksi,
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil
edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri
sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq
olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və
mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair
2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini
dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət
abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair
normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların
maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların
hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib
məsələlər daxil edilib.
Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Oxunub: 184
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:15 Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim