Azərbaycan dilinin dövlət dili statusu qazanmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri danılmazdır
MÜSAHİBƏ / 19.04.2022 10:44
Azərbaycan dilinin dövlət dili statusu qazanmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri danılmazdır
Bu fikirləri AZƏRTAC-a
açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya
elmləri doktoru, professor Nadir Məmmədli bildirib. O qeyd edib ki, ulu öndər
Heydər Əliyev tarixi köklərimizə, keçmişimizə, dilimizə hörmətlə yanaşaraq
bildirirdi ki, "1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında
dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş
Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır...
1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki,
əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin
Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı
hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci
ildə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı
ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Ümummilli lider Heydər Əliyevin həyata
keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci
illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması
ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirildi. 1974-cü ildə
ali məktəblər üçün hazırlanmış dördcildlik "Müasir Azərbaycan dili” dərsliyi
Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və
qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə rəğbətlə qarşılandı.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də
Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması
istiqamətində bir sıra sərəncamlara imza atıb. Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına
"Dövlət dili” adlanan ayrıca maddə daxil edildi.
N.Məmmədli vurğulayıb ki, ulu öndər Heydər
Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və
problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm
tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun
tarixli Fərman xüsusi yer tutur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin
dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından
müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və
geniş məlumatları özündə ehtiva edir.
Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, "Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında”, "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”,
"Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, "Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin
inkişafına böyük qayğının təzahürüdür.
İnstitutun baş direktoru fikirlərini
Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini təmin etmək, dilimizi
təbliğ etmək barədə ümummilli lider Heydər Əliyevin olduqca dəyərli kəlamları
ilə yekunlaşdırıb: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm,
şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq
birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl,
zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib
olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza
ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan
övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
"carciTV"
2024-12-02
13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı
12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib
11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA
2024-11-30
00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO
2024-11-28
03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq
02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO
01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim