reklam
USD
9 ℃
EUR
BAKI

Mehriban Əliyeva: “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir”

NƏŞR / 27.04.2022 01:13

Mehriban Əliyeva:  "Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir”

 

 "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.”

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş niyyət təşkil edir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır.

İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur. Ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır.

Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çoxcəhətli fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görülmüşdür. Son dövrdə Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət tərkibinə daxil olan "birinci xanım”, "Xoşməramlı səfir” məfhumları bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. Əminik ki, Azərbaycanın birinci xanımının həyatında belə "ilk”lər bundan sonra da olacaqdır.

Mehriban xanım 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xarici ülkələrdə təbliğini dəstəkləmək.

Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Mehriban xanıma "Xoşməramlı səfir” adını verərkən, dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun real fəaliyyətini, nəcibliyini, xeyirxahlığını və bir çox mənəvi keyfiyyətlərini nəzərə almışlar.

Mehriban xanım Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə onun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan layihələrə, proqramlara qısa nəzər salaq. Məhz bu proqram və layihələr onun prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu qeyri-hökumət qurumlarından biri kimi tanıdır.

Azərbaycanda birinci xanım olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması işinə önəmli töhfələrini verir, eyni zamanda səriştəli diplomat olaraq ölkəmizi bir çox mötəbər beynəlxalq toplantılarda uğurla təmsil edir. Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.

Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu təşkilatıdır. Heydər Əliyev Fondunun fəaliyyəti fəlsəfəsi bir ideya və amala söykənir: yaxşılıq! Son illər Heydər Əliyev Fondunun dövlət və milli maraqlar baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı və enerjisi, habelə daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə respublikamızda analoqu olmayan "Azərbaycan” informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” layihələr, "Qarabağ xanəndələri” adlı diskin buraxılması, "Qarabağ həqiqətləri” kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferalardakı problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.

Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam-irs”, "Muğam-Dəstgah”, "Muğam-internet”, "Muğam Dünyası”, "Muğam Mərkəzi” layihələri silsiləsindən "Muğam-irs” layihəsi çərçivəsində "Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar toplanmışdır. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci ilin martında Parisdə UNESCO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında "Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.

Fondun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.

Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilmiş və ötən ilin sonlarında istifadəyə verilmişdir.

2006-cı ilin oktyabrında UNESCO-da Azərbaycan günləri keçirilərkən UNESCO-nun baş direktoru Koişiro Matsuura çıxışına belə bir fikirlə başladı ki, bu gün burada məndən əvvəl Azərbaycan Respublikasının birinci xanımı ingilis dilində mətndən istifadə etmədən elə çıxış etdi ki, onun nümunəsini bir də təkrar etmək qeyri-mümkündür. Parisdə UNESCO-nun əsas iqamətgahının qurumun xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağında isə K.Matsuura demişdir:

"Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır”.

Qeyd etmək lazımdır ki, bu tədbir çərçivəsində Azərbaycanın birinci xanımının Fransada və digər yüksək səlahiyyətli şəxslərlə görüşləri Mehriban xanımın artıq ölkə xaricindən kənarda da ciddi qəbul edilən şəxsiyyətinə, beynəlxalq əhəmiyyətli ictimai fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür. İordaniya şahzadəsi xanım Firyal deyir: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz ölkəsində və bütün dünyada bir çox xeyriyyə işlərinin həyata keçirilməsi məqsədilə yorulmaz fəaliyyət göstərir. Birinci xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir”.
Mehriban xanım Azərbaycan qadını adını ən mötəbər məclislərdə ucaldır, ona şərəf və şöhrət gətirir.

"İstər UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu mənim seçimimdir”. - deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun geniş fəaliyyəti haqda yazımızın sonunda bunu söyləyə bilərik:

Məhəmməd Peyğəmbərimizin fikridir: insanlar arasında ən dəyərlisi insanlar üçün ən çox xeyirli iş görənlərdir.

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə saldığımız qısa nəzər onun məhz belə insanlardan olduğunun bariz sübutudur. Və biz ölkəmizin Birinci xanımı ilə fəxr edirik.

Rahib KƏRİMLİ.
Respublika.-2014.- 28 avqust.- S.4.



Oxunub: 765






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim