İlham Əliyevin AŞ PA-dakı mükəmməl Azərbaycan mübarizəsi
REPORTAJ / 28.04.2022 02:56
İlham Əliyevin AŞ PA-dakı mükəmməl Azərbaycan mübarizəsi
Bu ənənə indi də layiqincə davam etdirilir
İkinci Qarabağ savaşında cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan sülh müqaviləsinin imzalanması prosesinə başlanıldığı bir zamanda yenə də müxtəlif təxribatlarından əl çəkmir.
Gah Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan kiçik hissəsində gizlənən separatçılar sərhədi pozmağa cəhd edirlər, gah da bəzi revanşist qüvvələr sülh danışıqlarına kölgə salmağa çalışırlar. Amma bütün hallarda layiqli cavablarını alırlar. Elə AŞ PA-nın yaz sessiyasında yaşanan növbəti erməni biabırçılığı da bunun əyani təsdiqidir.
Beynəlxalq təşkilatın payız sessiyası çərçivəsində keçirilən sərbəst debatlar zamanı Ermənistan nümayəndə heyətinin üzvü Vardanyan təxribat xarakterli, yalan dolu çıxış edərək Azərbaycanı ittham etməyə cəhd göstərib. Erməni deputat Azərbaycandakı ermənilərdən danışaraq yenə də ölkəmizi əsassız iddialarla günahlandırmaqdan çəkinməyib.
Lakin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çox təmkinli şəkildə erməni deputatın cavabını verərək əsl həqiqətləri açıqlayıb. Bildirib ki, müharibəyə qədər, hətta müharibə zamanı da Azərbaycanda ermənilər olub, var və olacaq. Bu gün Bakıda minlərlə erməni yaşayır. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onlara hörmətlə yanaşılır. Ancaq Ermənistanda bu gün bircə nəfər azərbaycanlı yoxdur. Ermənistanda bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. "Buna nə deyirsiniz? Ona görə günahlandırmaq və barmaqla göstərməkdənsə, əvvəlcə güzgüdə özünüzə baxın və sonra bəyanatlarla çıxış edin", - deyə Səməd Seyidov vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri eyni zamanda təklif edib ki, bu məsələnin mötəbər təşkilatın sessiyasında deyil, ikilikdə masa arxasında əyləşərək müzakirə edilməsi daha məqsədəuyğundur. Yəni Səməd Seyidov çox sakit və təmkinli şəkildə erməni nümayəndə heyətini səmimi dialoqa dəvət edib.
Ancaq qarşı tərəf ənənəsindən əl çəkməyərək Azərbaycan və Türkiyəyə qarşı müxtəlif ittihamlar səsləndirməkdə davam edib və hətta yalan, böhtandan ibarət çıxışları ilə sessiyanın istiqamətini dəyişməyə cəhd ediblər. Azərbaycan nümayəndə heyəti isə tutarlı arqumentlərlə, real faktlarla erməni diplomatların layiqli cavabını verərək, hansı ölkənin sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdiriblər.
Hətta erməni deputatın səs-küy salmaq cəhdinə AŞ PA prezidenti Tini Koksdan sərt reaksiya gəlib. Qurumun rəhbəri erməni deputata xitabən "səsinizi kəsin" deməyə məcbur olub. Sonda erməni deputat, guya, incimiş kimi zalı tərk edib və heç bir avropalı parlamentaridən ona dəstək gəlməyib. Bu da bir daha onu təsdiq edir ki, artıq avropalı deputatlar da Ermənistanı dəstəkləmir və beynəlxalq təşkilatın bütün üzvləri sülhün tərəfdarıdırlar.
Bütün bunlar vaxtilə İlham Əliyevin Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri kimi AŞ PA-da əsasını qoyduğu uğurlu diplomatiyanın bu gün də qətiyyətli davamının təcəssümüdür. İlham Əliyevin həmin dövrrdə AŞ PA-dakı fəaliyyəti xalqa layiqli və cəsarətli xidmətin nümunəsidir. Yaxşı xatırlayırıq ki, onun bu təşkilatdakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərib. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ermənilər Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmışdı. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var.
Bu siyasət bu gün də qətiyyətlə davam edir. AŞ PA platformasında erməni "təbliğatına" ciddi zərbə vurulur və Ermənistanın saxta iddialarının, uydurmalarının qarşısı layiqincə alınır.
Oxunub: 154
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim