Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər
XƏBƏR / 03.05.2022 10:46
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Bakının Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta
məktəbin açılışında iştirak ediblər
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
"carciTV” xəbər verir ki,
dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış
oldular.
Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar
Ələkbərov məktəb haqqında məlumat verdi.
Bildirildi ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter
otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb
zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri "Yeniləşən
Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən
layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək
etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri
yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan
qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də
Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident
Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə
yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti
əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün
göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə
başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı
şagirdlərin istifadəsinə verilir.
Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120
nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil
ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata
keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı
şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən
işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni
inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı
13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Oxunub: 176
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim