Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb
RƏSMİ / 09.05.2022 12:01
Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.
"carciTV” xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank
qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə
gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının
xatirəsini ehtiramla anıb.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı
töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600
min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə
qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə
Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla
təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib,
yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə
Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün
yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90
faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz
olunub.
Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi
şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev
hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və
qayğı göstərib, onları "xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham
Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət
mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar
göstərilir. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə
1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində,
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş
cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları
daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş
xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat
məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir
ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət
siyasətinin başlıca prioritetlərindən biridir.
Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər müharibəsində
faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş
böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir.
Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı,
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa
etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Oxunub: 171
08.06.2026
13:26 Ardıcıl 3 gün iş olmayacaq
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
08:51 Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim