Akademik: Azərbaycan nefti İkinci Dünya müharibəsində qazanılan qalibiyyətin əsas səbəblərindən biri olub
CANLI TV / 09.05.2022 12:22

Akademik: Azərbaycan nefti İkinci Dünya müharibəsində qazanılan qalibiyyətin əsas səbəblərindən biri olub
İkinci Dünya müharibəsində SSRİ qələbə
çalaraq bəşəriyyəti faşizm fəlakətindən qurtardı. Bu Qələbədə Azərbaycan
elminin görkəmli nümayəndələrinin rolu əvəzsizdir. Onların sırasında Yusif
Məmmədəliyev, Rüstəm İsmayılov, Əli Quliyev, Murtuza Nağıyev, İzzət Orucova,
Ələşrəf Əlizadə, Viktor Qutırya xüsusi yer tutublar.
Bu fikirləri AMEA-nın akademik
Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik
Vaqif Abbasov söyləyib. Akademik bildirib ki, yüksək oktanlı aviasiya
benzininin yaradılması üçün müstəsna əhəmiyyəti olan komponentin alınma
texnologiyasının işlənməsi vacib idi. Hələ müharibədən əvvəl Yusif
Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların
alınması üzrə silsilə tədqiqatlar aparılırdı. 1941-ci ilin iyununda alimin
rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu öz tərkibində 18-dən çox
yaxşı təchiz olunmuş laboratoriyanı, iki təcrübə zavodunu, yardımçı
emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Müharibənin ilk
günlərindən fəaliyyətini cəbhənin tələbatına uyğunlaşdıran Yusif Məmmədəliyev
artıq 1942-ci ildə benzolun alkilləşdirmə üsulunu tədqiq etməklə toluolun yeni
səmərəli sintez prosesini işləyib-hazırladı. Toluolun istehsalı təşkil
olunandan sonra Yusif Məmmədəliyevin müəyyən etdiyi üsulla top mərmilərinin və
minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil)
partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilir. Yusif Məmmədəliyev
daha bir yandırıcı qarışığın – "Molotov kokteyli”nin yeni tərkibdə və yeni
konstruksiyada hazırlanmasına nail olur. Yusif Məmmədəliyevin
işləyib-hazırladığı texnologiya əsasında gizli ad altında fəaliyyət göstərən
zavodda 1941-1944-cü illərdə 10 milyon 42 min ton yüksək oktanlı benzin
istehsal olunaraq cəbhəyə göndərilib. O, digər rəşadətlərlə yanaşı, cəbhəni
yüksək oktanlı aviasiya benzini ilə təchiz etdiyinə görə 1944-cü ilin
yanvarında Lenin ordeni ilə təltif olunub. Müharibədə göstərdiyi fədakar əməyə
görə və aldığı nəticələrin dərin elmi və praktik əhəmiyyətinə görə akademik
Yusif Məmmədəliyev SSRİ Dövlət Mükafatına layiq görülüb. Ona Kremldə Qələbə
paradına əsas tribunaya dəvətnamə-vəsiqə verilib.
Vaqif Abbasov bildirib ki, Azərbaycan
nefti müharibədə qalibiyyətin ən vacib səbəblərindən biri olub. İkinci Dünya
müharibəsi dövründə Azərbaycanda 75 milyon ton neft çıxarılıb. SSRİ-də istehsal
olunan benzinin 80, liqroinin 90, yağın 96 faizi Azərbaycanın payına düşüb.
İkinci Dünya müharibəsində SSRİ üzrə 17
milyon ton neft məhsulunun 13 milyon tonu Azərbaycanda istehsal olunub.
Aviasiya benzininin 85 faizə qədəri Azərbaycanın payına düşüb. Cəbhəyə 1 milyon
ton yüksək oktanlı B-78 benzini verilib. Qeyd edək ki, əfsanəvi "Katyuşa”nın
mərmiləri Bakıda istehsal olunaraq cəbhəyə göndərilib. Azərbaycan xalqının
qəhrəman övladları da cəbhədə igidlik göstərərək qələbənin əldə olunmasında
xüsusi rol oynayıblar.
Müharibədə 223-cü Azərbaycan atıcı
diviziyasının rəşadətini xüsusi qeyd etmək lazımdır. Diviziyanın döyüşçüləri
müharibə illərində Vermaxtın 25 min əsgər və zabitini məhv edib, ya da əsir
götürüblər. Düşmənin 28 təyyarəsi, 113 tankı, 549 topu, 317 minaatanı, 1152
pulemyotu, 25 min avtomat və tüfəngi, iki zirehli qatarı, 2 min avtomaşını, 219
parovozu, yüklə dolu 7 min 400 vaqonu, 70 avtomobili və 2 milyon pud taxılı
qənimət olaraq ələ keçirilib. Bu diviziyanın əsgər və zabitləri cəbhədə otuz ay
vuruşub, 3 min 600 kilometr döyüş yolu qət edib, Ruban, Şimali Donets, Dnepr,
Yujnıy Buq, Dnestr, Mozav və Dunay çaylarından keçiblər. Mozdok, Georgiyevsk,
Dneprodzerjinsk, Kirovoqrad, Benderı, Kişinyov, Belqrad, Budapeşt, Vyana
şəhərlərinin azad olunmasında bu diviziyanın xidmətləri əvəzsiz olub. Qırmızı
Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyası da xalqımızın İkinci Dünya
müharibəsində böyük rolunun olmasına sübutdur. Diviziyada 11 min 898 nəfər
vuruşub ki, onlardan 1050-si azərbaycanlı olub. 1942-ci ildə yaradılmış 416-cı
atıcı diviziyası Qafqazdan Berlinə qədər yol keçib. Bu diviziya 1945-ci ilin
aprelin 21-də səhər Berlin ətrafına girən ilk sovet qoşun hissələrindən biri
olub. Diviziya Vermaxtın 24 min əsgər və zabitini məhv edib, 5 min 474 nəfərini
isə əsir götürüb.
"1941-1945-ci illərdə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də akademik Ziya Bünyadovdur. O, 1945-ci ilin fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Generallarımız Həzi Aslanov və Mahmud Əbilov SSRİ-nin faşizm üzərində Qələbəsində mühüm rol oynamış qəhrəman Azərbaycan oğullarıdır. Bütün qeyd olunanlar və çoxsaylı tarixi sənədlər sübut edir ki, dünyanın faşizmdən xilasında Azərbaycan alimlərinin, neftinin, zabit və əsgərlərinin, bütövlükdə Azərbaycan xalqının xidmətləri əvəzsiz olub”,- deyə Vaqif Abbasov fikrini yekunlaşdırıb.

2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
