QMİ sədri: Azərbaycan dünyaya insan qardaşlığına yönələn ideyaları fəal təşviq edən mərkəzə çevrilib
REPORTAJ / 09.05.2022 12:30
QMİ sədri: Azərbaycan dünyaya insan qardaşlığına yönələn ideyaları fəal təşviq edən mərkəzə çevrilib
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin
Əbu-Dabi şəhərində keçirilən "İslam vəhdəti: konsepsiya, imkanlar, çağırışlar”
mövzusunda beynəlxalq iştirak edir.
QMİ-nin mətbuat xidmətindən bildiriblər
ki, dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadiminin
iştirak etdikləri mötəbər konfransın ilk günündə Rəyasət Heyətində yer alan QMİ
sədri mayın 9-da nazirlər səviyyəsində "Vahid ümmət və müxtəlif əqidə
məzhəbləri” mövzusunda plenar iclasda çıxış edib.
Konfrans iştirakçılarını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və bütün xalqımızın adından
salamlamaqdan şərəf duyduğunu bildirən şeyxülislam A. Paşazadə bildirib ki,
İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, narahat gündəm
yaşadığı, dövlətlərin savaş ilə sarsıldığı, qaçqınlar ordusu ilə üzləşdiyi bir
dönəmdə müsəlman cəmiyyətlərinin üzərinə sülh məramını və qarşılıqlı ehtiram
məfkurəsini bəyan etmək vəzifəsi düşür. O, bütün müsəlmanların vəhdət və sülh
uğrunda həmrəy olmalarının Allah yanında ən xeyirli işlərdən olduğunu xüsusi
qeyd edib.
İslam fəlsəfəsinin dinlərin müqəddəs
məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını yolverilməz
hesab etdiyini deyən QMİ sədri bildirib ki, 30 illik erməni işğalına son
qoyaraq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad olunmuş
torpaqlarımızda işğalçılar tərəfindən vandalizm və həqarətlərə məruz qalmış
dini-mənəvi irsimizi – ümumislam əhəmiyyətli mədəniyyət abidələrimizi, məscid
və ibadətgahlarımızı dirçəldir, bərpa edir, yenilərini inşa edir. Şeyxülislam
A. Paşazadə vurğulayıb ki, məscidlərimizdə haram buyurulan heyvanlar saxlayan
erməni işğalçılardan fərqli olaraq, Azərbaycan həm məscidlərimizi, həm də digər
dinlərə məxsus məbədləri bərpa edir.
QMİ sədri fəxarətlə qeyd edib ki, bütün
din mənsublarının mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı
Azərbaycanda ardıcıl dövlət siyasəti şəklində həyata keçirilən, milli və bəşəri
dəyərlərə istinadən dünyamıza sülh və multikultural dəyərləri təşviq edən,
islami həmrəyliyə dəvət edən qlobal ideyalar nəinki ölkəmizin, bölgəmizin,
habelə bütün bəşəriyyətin mənafeyinə xidmət edir. Xüsusi vurğulanıb ki,
Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu və ümumbəşəri əhəmiyyət
kəsb edən bu təşəbbüslər sayəsində Azərbaycan dünyaya insan qardaşlığına xidmət
edən ideyaları fəal təşviq edən mərkəzə çevrilib.
Şeyxülislam A. Paşazadə islami vəhdət
ideyalarının bərqərar olması üçün qlobal insan həmrəyliyi ideyalarının, heç
şübhəsiz, böyük önəm daşıdığına diqqəti çəkib. Bu baxımdan, Birləşmiş Ərəb
Əmirliklərində Zati-müqəddəsləri Papa Fransisk həzrətləri ilə Əl-Əzharın Baş
imamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin himayəsi ilə yəhudilərin,
xristianların və müsəlmanların dərin ehtiram bəslədiyi İbrahim Peyğəmbər
müqəddəsliyinin nuru ətrafında İbrahimi dinlərin Evinin inşasını təqdirəlayiq
hal kimi qiymətləndirib. O, tarixə Abu-Dabi Bəyannaməsi kimi həkk olunmuş
dinlərarası dialoq və əməkdaşlığa dair İnsan Qardaşlığı sənədinin Birləşmiş
Ərəb Əmirliklərində imzalanmasını dünya miqyasında qarşılıqlı anlaşma və sülh
şəraitində dinc yanaşı yaşamaq amallarına ali xidmət adlandıraraq, Azərbaycanın
bu dəyərli sənədi, onun məramlarını dəstəklədiyini konfrans iştirakçılarının
diqqətinə çatdırıb.
Çıxışının sonunda konfransın
təşkilatçılarına təşəkkürlərimi bildirən şeyxülislam A. Paşazadə qardaş
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed
əl-Nəhyan həzrətlərinə və vəliəhd şahzadə Əlahəzrət Şeyx Mühəmməd bin Zayed
əl-Nəhyan həzrətlərinə xeyir-dualar diləyərək, nəinki İslam dünyası, bütün
dünya üçün əhəmiyyət kəsb edən Əbu-Dabi konfransının İslam ümməti, bəşər ailəsi
üçün xeyirlərə vəsilə olmasını Uca Allahdan dua edib.
Konfrans işini davam etdirir.
Oxunub: 145
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim