Bu gün faşizm üzərində Qələbədən 77 il ötür
XƏBƏR / 09.05.2022 13:01

Bu gün faşizm üzərində Qələbədən 77 il ötür
Azərbaycan xalqı İkinci Dünya müharibəsində həlak olanların xatirəsini daim əziz tutur
Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur.
Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük
xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları
xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və
inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə
verib.
"carciTV” xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi
daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı
döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.
Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim
əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən
bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə
səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı
olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların
təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində
göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden
və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən
formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı
diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman
övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və
irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər.
Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad
olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən
soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya
müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt
yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl
vətənpərvərlik nümunəsidir.
Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb.
Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də
əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin
qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən
Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün
sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək
yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf
etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90
faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri
tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də
xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası
məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr
endirməyə müvəffəq oldu.
Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib,
döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan
faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə
veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə
yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz
Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi
iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb
və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.
Ümummilli Lider müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı.
Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham
Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş
veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində
Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların
sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması
artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli
Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500
manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi
illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi
dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə
təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına
750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha
sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda
dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların
müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır,
həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin
qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət
göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci
Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə,
arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də
onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması
yolunda böyük önəm daşıyır.
Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.



2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
