“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
REPORTAJ / 11.05.2022 23:07
"Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
Mayın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Şuşa şəhərində "Azərişıq” ASC-nin Şuşa Rəqəmsal
İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
"carciTV” xəbər verir ki,
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına idarəetmə
mərkəzində yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Şuşada Rəqəmsal İdarəetmə
Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə
təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq
paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik
təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz
edilib.
Yeni şəbəkənin istifadəyə verilməsi ilə
ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi
xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq,
texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə
elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki
nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırılacaq.
Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA
dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları
genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir
rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son
istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur.
Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer
idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu
imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış
nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti,
fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika
sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala
keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və
arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə
saxlanılır.
İlk dəfə Şuşada tətbiq edilən 35/0,4
kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi
əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz
elektrik enerjisi təchizatını təmin edir.
Elektroenergetika sahəsində ilk dəfə
olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında
enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat
tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən
istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib,
avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.
Prezident İlham Əliyev "Azərişıq” ASC-nin
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.
Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzindən Bakı şəhərində yerləşən 110/35/10 kV-luq yarımstansiyanın bilavasitə işə salınması, şəbəkə idarəetmə sistemində aparılmış innovativ – təşkilati yenidənqurma işləri nəticəsində mümkün olub.
Oxunub: 179
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim