“Param-parça illər” kitabının müzakirəsi
CANLI TV / 12.05.2022 01:55
"Param-parça illər” kitabının müzakirəsi
"carçıTV”-nin
redaksiyasında Azərbaycanın Xalq şairi Vahid Əzizin "Param-parça illər” adlı
kitabının ictimai müzakirəsi
keçirilib. Kitaba
müəllifin İkinci Qarabağ müharibəsi dövründə yazmış olduğu şeirlər və "Heyrət
səcdəsi” adlı poema daxil edilib.
"Param-parça illər” kitabına eyni zamanda Vahid Əzizin Qarabağımızın düşmən
əsirliyində olduğu zamanlarda ürək ağrısı ilə yazdığı bir sıra şeirlər də öz
əksini tapıb.
Müzakirələr
zamanı çıxışçılar xalq şarinin yaradıcılığında milli mənlik şüurunun inkişafı,
vətənpərvərlik ruhunun gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə
bağlılığın əhəmiyyəti haqqında danışıblar.
"carciTV”-nin rəhbəri Rahib Kərimli şairin
yaradıcılığında Vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyini diqqətə
çatdırıb. Vahid Əziz yaradıcılığında nəzər yetirdikdə gənclərimizin vətənpərvərlik
hisslərinin tərbiyəsi altında inkişafı hər birimizi düşündürən məsələdir. Vahid
Əzizin yaradıcılığı həm də bu baxımdan əhəmiyyətə malikdir. Şairin 44 günlük Vətən
müharibəsindən sonra qələmə aldığı şerlərinin topladığı "Param-parça illər”
kitabında vətənpərvərlik nümunəsi, xalqımızın Zəfər Qələbəsi tərənnüm edilir. Hesab edirəm ki, bu əsər Dövlət
Mükafatına layiqli əsərdir”.
AMEA
Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli şairin yaradıcılığında
vətənpərvərlik, vətən nisgili izinin açıq hiss edildiyini qeyd edib. Əlavə edib
ki, şairin 2021-ci ildə çap edilən "Param-parça illər” adlı kitabı həm tarixi
ədalət, həm də gənclərin vətənpərvər əhvali-ruhiyyədə böyüməsi baxımından uğurludir:
"Vahid Əziz yaradıcılığının üstünlüyü ondadır ki, bu, real həyatla bağlıdır,
canlıdır, olanların real şəkildə oxucuya çatdırılmasıdır. Hesab edirəm ki,
sonuncu kitabı ən yüksək mükafatlara layiqdir”.
Ehtiyatda
olan polkovnik Nizami İsmayılov da müəllifə
daha böyük uğurlar arzulayaraq dedi ki, əsər 44 günlük vətən müharibəsindən
sonra çap edilib və şair bununla qələbəyə öz töhvəsini verib: "Əsərdə
müharibənin ayrı-ayrı nüanslarının poetik təsviri açıq şəkildə hiss edilir. Fikrimcə, bu, Vahid Əziz
yaradıcılığında poetik və estetik zənginliyinin göstəricisidir. Əsgər silahla
vuruşduğu kimi şair də əlindəki qələmlə vuruşur. Qənaətimcə, şair bu kitabı ilə
yenidən poeziyada vətənpərvərlik mövzusunu diqqətə gətirir”.
Azərbaycan
Ordusunun Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrin
kapitan-leytenantı "Dəniz pişiyi” ləqəbini qazanmış şəhid Fərrux Həşimovun anası
da söz alaraq öz növbəsində müəllifə təşəkkür
edib və ona yaradıcılıq uğurları arzuladı.
Qeyd edək ki, digər çıxış edənlər də Vahid Əziz yaradıcılığına yüksək qiymət verib, onun 2021-ci ildə nəşr edilən kitabı haqqında müsbət fikirlər səsləndirdilər.
Oxunub: 456
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim