Yazılı mediamızın mogikanlarından birini də itirdik... ALLAH RƏHMƏT ELƏSİN!
CANLI TV / 12.05.2022 10:10
Yazılı mediamızın mogikanlarından birini də itirdik...
Azərbaycan mətbuatının tarixində elə görkəmli ziyalılar olub ki, xalq
onları yaxından tanıyıb, böyük sevgi və məhəbbətlə sevib, onlara dərin ehtiram
bəsləyib. Bu insanlar media cameəsinin ağsaqqalı, öndəri olub, hamı onların adı
ilə fəxr edib, onlar barəsində fəxrlə danışıblar. Elə insanlar var ki, onlar öz
nəciblikləri, alicənablıqları, xeyirxahlıqları ilə ətrafdakıları işıqlandırır,
nurlandırır, saflaşdırır, həyatı necə yaşamağı müdrikliklə onlara öyrədirlər.
Onların sirlərini öyrənmək, görünməyən, bu günə qədər açılmayan, dərin qatlarda
gizlənmiş olan məzmunlarını üzə çıxarmaq insanlığın, bəşərin
gələcəyinə xidmət etmək deməkdir. Belə insanlardan biri də mənim hələ tələbəlik
illərimdən də qabaq tanıdığım, sonralar isə eyni cəbhədə çalışmaq nəsib olan
yazılı mətbuatımızın sonuncu mogikanlarından biri olan Məzahir Süleymanzadədir.
Bu gün eşitdim ki, Məzahir müəllim dostlarını, əzizlərini, tələbələrini tərk
edib haqq dünyasına qovuşub. Açığı, son bir neçə gündə bu cür təbərləri eşitmək
mənimçün və bir çox Məzahirsevər üçün çox ağırdır. Onun jurnalistikası öyrənilməlidir,
keçdiyi həyat yolu bugünkü gəncliyə örnəkdir. Bu mənada Məzahir Süleymanzadəni
daha dərindən və yaxından tanımaq, eyni zamanda tanıtmaq, tanıtmaq üçün tədqiq
etmək, öyrənmək, milli mətbuat xəzinəmizin zənginləşdirilməsi üçün onun
yaradıcılıq yolunu əks etdirən əsərlərini qoruyub-saxlamaq, hifz etmək bizim ən
müqəddəs borcumuzdur.
Mən bu kiçik yazımda dostumuz haqqında bir neçə fikrimi bölüşmək istəyirəm.
Bu görkəmli jurnalistin bədii yaradıcılıq marağı,
publisistik manerası o qədər geniş və sanballıdır ki, onu açmaq, ona layiq söz
demək mənim üçün çox çətindir. Məzahir Süleymanzadənin şərəfli və
çoxsahəli yaradıcılıq yolu haqqında yazmaq, onun
yazılı jurnalistika sahəsindəki fəaliyyətini bir məqalədə əks etdirmək o qədər
də asan deyil. Onun keçdiyi həyat yolunu əks etdirən kitabı vərəqlədikcə
gözümüz önündə bir dünya açılır. Bu dünyada biz sözün hikmətini duyuruq, sözün
qüdrəti qarşısında heyran qalırıq, sözün şöhrətinin gücünü hiss edirik.
Ustadlarımızı yada salmaq, onları xatırlamaq, onlar haqqında danışmaq
hər zaman bizdə xoş duyğular yaradır, çünki onları xatırlayarkən, biz öz gənclik
illərimizə, ömrün ən əziz,
ən şirin günlərinə – gənclik illərinə qayıdırıq.
Dünyada elə dəyərlər, elə qiymətlər var ki, onu heç bir vaxt, heç bir zaman
soldura bilmir...
Onun sakit, şirin və asta danışığı, dəqiq elmi-nəzəri təhlilləri indi
də yadımdadır. Mən özümü xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, Məzahir
müəllim kimi böyük bir
jurnalistin, ustad qələm sahibinin, saf, təmiz, səmimi,
təvazökar, xeyirxah bir insanın dövründə jurnalistikada külünc vurmuşam və bu
gün də bu sahədəyəm. Eşitdiyimə və həm də gördüyümə görə, Məzahir Süleymanzadə
bir çoxunun sevimli ustadı olmaqla yanaşı, həm də ən böyük xeyirxahı, himayədarı
olub. Tale elə gətirdi ki, mən Məzahir müəllimlə eyni kollektivdə - "Azərbaycan”
qəzetində çalışmağa başladım. Bu, mənim üçün çox böyük xoşbəxtlik idi.
Mənim üçün çox əziz və doğma olan ustadımla bir
yerdə çalışacaq, ondan çox şey öyrənəcəkdim.
Bu dövrdə mən Məzahir müəllimi daha yaxından
tanıdım, onun dəyərli məsləhətlərini dinlədim, tövsiyələrinə qulaq asdım, onun
yaradıcılığını izlədim, əsərlərindən, kitablarından bəhrələndim. O, işləməkdən,
çalışmaqdan zövq alırdı. Bir an da olsun yazmaqdan yorulmur, usanmır, bezmir
və bunu bizdən – həmkarlarından da tələb edirdi. Həmişə
bizə tövsiyə edirdi ki, heç vaxt boş oturmayın, hər gün nə isə oxuyun və yazın.
Deyirdi ki, əsl journalist hər gün öz üzərində
işləməli, biliyini, təhsilini artırmalı, çoxlu
mütaliə etməlidir.
Məzahir müəllim jurnalistikanı, bu sənəti çox sevirdi, vaxtilə baş
redaktoru olduğu olduğu "Səhər” qəzeti redaksiyası onun ikinci evi idi,
redaksiyanın hər bir əməkdaşının işi, fəaliyyəti ilə maraqlanır, onlara əsl
atalıq qayğısı göstərirdi. Redaksiyada nümunəvi nizam-intizam, səliqə-sahman,
möhkəm birlik, işgüzar şərait, ən əsası isə mehribançılıq və səmimiyyət
yaratmışdı.
Jurnalisitikanın sirlərini, incəliklərini böyük həvəslə
əməkdaşlarına, tələbələrinə sevdirən bu böyük jurnalist uzun illər "Səhər”i
yaşatdı.
Tale, bəxt, ömür tanrı qismətidir. Məzahir Süleymanzadə aramızda cismən
olmasa da, əbədiyyətə qovuşsa da, həmişə onu sevənlərin qəlbində yaşayacaq. Məzahir
müəllim qələm sahiblərinin, media mənsublarının yaddaşında təkcə bir jurnalist,
publisist kimi qalmır. O, eyni zamanda
yüksək insani hisslərə malik olan, mənəvi saflığı
ilə seçilən, sadə, təvazökar, səmimi, xeyirxah bir şəxs kimi, bütün varlığı ilə
xalqına, vətəninə bağlı olan, hamıya təmənnasız yaxşılıq
edən bir şəxs kimi yadda qalır (Yaxşılıq etmək
qabiliyyəti insanın ən böyük nemətidir).
Onun xidmətləri heç zaman unudulmur, bu gün də, gələcəkdə
də unudulmayacaqdır. Ustad söz sahibi, əvəzolunmaz müəllim, nəcib və xeyirxah
insan olan Məzahir müəllim minlərlə yetirməsinin qəlbində anılacaq və yad ediləcək.
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq Məzahir müəllimin
adı yaddaşlardan heç vaxt silinməyəcək.
Allah sənə rəhmət eləsin, ustad Məzahir Süleymanzadə!
Ruhunuza dərin
ehtiramla:
Daşdəmir ƏJDƏROĞLU
Oxunub: 239
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim