Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub
CANLI TV / 12.05.2022 23:27

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər
Mayın 12-də Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərində V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı
olub.
"carciTV” xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
festivalın açılışında iştirak ediblər.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa
İli”ndə keçirilən V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev
Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil
olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən
müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri,
həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Vətən süitası” ilə başladı.
Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və
Səbinə Ərəblinin ifasında "Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına
yayıldı.
Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi
göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil
edir. Ansamblın ifasında "Van yöresi” xalq rəqsi maraqla qarşılandı.
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu "Çal oyna” xalq
mahnısını, "Cəngi” Estrada Folklor Rəqs Ansamblı "Tənzərə”, Əməkdar artist
Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə "Turacı” xalq rəqslərini ifa
etdilər.
Malinin Şeyx Tidiane Sek etnocaz qrupu "Sanqa Bo”
kompozisiyasını, "Pakistan rəngləri” qrupu "Bhanqra” rəqsini, Melitassi Gürcü
Folklor Rəqs Ansamblı "Svanuri” rəqsini təqdim etdilər.
Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin
"Yuma” dueti "Smek” kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı
isə "Bayot” xalq rəqsini ifa etdilər.
Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və
aşıq Əli Tapdıqoğlu "Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad
Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının "Xarıbülbül” rəqs ansamblı
"Qarabağım” mahnısını səsləndirdilər.
Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və
"Bülbüllər” qrupunun ifasında "Vətəndən pay olmayır” mahnısı ilə başa
çatdı.
X X X
Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev
Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki,
Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini
qaytaracaqdır. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı
"Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül” festivalı Şuşada
hər il keçiriləcək”, - demişdi. V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının
keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.
Qeyd edək ki, Şuşa şəhərində ilk "Xarıbülbül” festivalı
məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik
yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında –
Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli
ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan,
Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən
"Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya,
Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük
marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır
vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir
sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda
müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən
III "Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və
Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların
çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və
III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil
olunub.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o
zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox
ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında
Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən
"Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız
qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən
müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi "Xarıbülbül” festivalı yenidən
Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri də iştirak ediblər.
Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.



















2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
