Sağlamlıq imkanları məhdud insanlar dərzilik sənətinə yiyələndi
REPORTAJ / 13.05.2022 00:14
Sağlamlıq imkanları məhdud insanlar dərzilik sənətinə yiyələndi
01.02.2022-30.05.2022 ci il tarixdən "GÜLSAM” Əlillərin
Reabilitasiyası İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Sağlamlıq imkanları məhdud şəxslər
üçün dərzilik üzrə peşə kurslarının təşkili” həyata keçirildi.
Layihə çərçivəsində sağlamlıq imkanları məhdud və sosial vəziyyəti zəif olan xanımlar üçün dərzilik kursları təşkil edildi. Onların gələcəkdə öz həyatlarını maddi cəhətdən təmin etmələri üçün peşə bacarıqlarına yiyələnmələrinə imkan yaradıldı. Peşə bacarıqlarına yiyələnən xanımların məşğulluğunun artırılmasına dəstək verildi. Kurslarda 15 nəfər nəzərdə tutulsa da, dərzilik sənətinə təlabatın çoxluğuna görə dərzilik kursuna 19 nəfər cəlb edilən sağlamlıq imkanları məhdud xanımlar, onların ailə üzvləri, sosial vəziyyəti çətin olan xanımlar dərzilik işində istifadə edilən avadanlıq və köməkçi vasitələrdən istifadə bacarıqlarına yiyələndilər. Həmçinin, istehsalat prosesində tətbiq olunan təhlükəsizlik texnikası qaydalarını öyrəndilər. Kurs iştirakçıları təklif olunan geyim modellərinə uyğun ölçüləri çıxarmaq, modelə uyğun tələb olunan parça növlərini fərqləndirmək, biçilmiş parça hissələrini və əlavə tələb olunan vasitələri dəstləşdirərək son məhsulun istehsalda növbəti mərhələyə hazırlamaq bacarıqlarına yiyələnərək öyrəndiklərini təcrübədə tətbiq etdilər. Layihəyə start verildiyi vaxtdan FB və İNST sosial şəbəkəsində mütəmadi olaraq canlı yayın və foto paylaşmalar olundu və layihə haqqında saytlarda məlumat paylaşıldı. Kurs iştirakçılarından 6 nəfər xanım işlə təmin olundu. Kursun sonunda təlimə cəlb olunan xanımlar dəstləşdirilmiş hazır materialdan tələb olunan geyim məhsulunun tikilməsini nümayiş etdirdi. KOB Kiçik və Orta Biznes Agentliyi tərəfində Bakı şəhəri, İçəri Şəhər Qoşa Qala məkanında 25 aprel Sahibkarlar Gününə həsir olunmuş sərgidə kursumuzda tikiş öyrənən xanımların müxtəlif modellərnin nümayişi oldu. Layihənin sonunda dəyirmi masa təşkil edilərək təşkilat adından iştirakçılara sertifikatlar, təlimçiyə təşəkkürnamə, dəstək olanlara Fəxri fərman təqdim edildi.
Rəfael SEYİDOV
Oxunub: 216
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim