Türkiyədə 24 milyonluq şirkət quran Azərbaycanlı
CANLI TV / 13.05.2022 01:17

Sərxan Babayev Türkiyədə 24 milyonluq şirkət qurdu
"DET-AL Alüminium” MMC-nin sabiq baş direktorunun Siyahdeniz Turizm İnşaat Sanayi ve Ticaret Anonim adlı şirkətinin nizamnamə kapitalı 24 milyon 300 min TL təşkil edir
Son illər Türkiyədə Azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı çoxalmaqdadır.
Türkiyə mətbuatı xəbər verir ki, yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayev İstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim adlı şirkət yaradıb.
Sərxan Babayev Türkiyədə həmdə "Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur "Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır.
Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.
Sərxan Babayev "DET-AL Alüminium” MMC-nin baş direktoru işlədiyi vaxt 2016-cı ildə Türkiyəyədə rus iş adamı kimi peyda olaraq Seyran Həsənov adlı şəxslə "Alva Donna” Şirkətlər Qrupunun səhmdarı olub. 2019-cu ildə isə "Alva Donna” Şirkətlər Qrupunun səhmləri Dubayda qeydiyyatda olan "Vertex İnverstments Limited” şirkətinə satılıb. Bundan sonra "Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayev təyin edilib.
Bununla belə, 2019-cu ildən bu yana mətbuatda Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur. Bu isə Sərxan Babayevin "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə "Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.
Bildirək ki, ölkə mətbuatında Sərxan Babayevin adı yüksək vəzifəli məmurlardan birinin ən yaxın adamı kimi keçir. Onun vaxtı ilə "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsinə məhz həmin məmur tərəfindən gətirildiyi iddia edilir.
Mənbə: Azsiyaset.com
Oxunub: 231
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim