İcra başçıları qarşısında qoyulan iki aylıq möhlət bitdi - Bakıdakı hansı binalar söküləcək?
CANLI TV / 13.05.2022 01:38


İcra başçıları qarşısında qoyulan iki aylıq möhlət bitdi - Bakıdakı hansı binalar söküləcək?
Paytaxtdakı qəzalı binaların müəyyən edilməsi ilə bağlı araşdırma və baxış tədbirləri həyata keçirilir.
"carciTV"-nin əldə etdiyi məlumata görə, Bakının 12 rayonunda komissiyanın üzvləri və mütəxəssislərlə birlikdə bütün binalara baxış keçirilməsinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığından sonra paytaxt rayonlarında inventarizasiya işləri gedir.
Binaların son vəziyyəti müəyyən edilir. Ehtiyac olan yerlərə ekspert qrupları cəlb olunur. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alır.
Rayonlar üzrə məlumatlar toplanaraq ümumi məlumatlar yekunlaşdırılaraq Bakı şəhər icra hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunacaq. Komissiyanın çıxardığı yekun qərara əsasən, bu binalar barədə məlumatlar Nazirlər Kabinetinə göndəriləcək.
Nazirlər Kabinetinin qəbul etdiyi qərarə əsasən, həmin qəzalı binaların gələcək taleyi müəyyənləşdiriləcək. Lazım gələrsə, bina söküləcək və uyğun olarsa onun yerinə yenisi tikiləcək. Bu zaman sakinlərin köçürülmə prosesi də qanunauyğun aparılacaq.
Əgər sökülən binanın yerinə yeni bina tikmək mümkün olmazsa, bu zaman sakinlərə kompensasiya ödəniləcək. BAKU.WS-in məlumatına görə, Bakı şəhəri üzrə kompensasiyanın ən aşağı məbləği hər kvadrat metrə görə 1500 manat müəyyən edilib. Bu məbləğ paytaxtın əraziləri üzrə bazara uyğun dəyişə bilər.
İnventarizasiya prosesi başlayanadək Bakıda 90 binanın qəzalı olması barədə rəy mövcud idi. Yoxlamalara başlanılandan sonra Bakının bütün rayonları üzrə qəzalı binaların sayı 1000-ə çatıb. Paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonu ərazilərində belə binalara rast gəlinir.
Xatırladaq ki, 2019-cu ildə Bakıda 17 binanın qəzalı olduğu və istismara yararsız olduğu müəyyən edilmişdi. Bu binalardan biri - Xətai rayonu ərazisində yerləşən tikili artıq sökülüb. Həmin binanın yerində yenisi ucaldılıb. Digər 16 binanın çoxu isə Sabunçu rayonu ərazisindədir. 2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar qəzalı binaların müəyyənləşdirilərək sökülməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı.
Qeyd edək ki, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.
Bildirilib ki, son vaxtlarda rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib. Buna baxmayaraq, rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıblar və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.
Toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdığı vurğulanıb və bildirilib ki, RİH-in qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.
Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb. Qeyd edək ki, həmin iki aylıq müddət ötən gün bitib.

2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

15:32 Armud ağacı. Natavan YUSİFOVA


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
