reklam
USD
15 ℃
EUR
BAKI

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib

XƏBƏR / 10.06.2022 00:38
Bakıda "Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib


Bakıda "Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

"carciTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

"Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, "Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, "Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, "Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

Qeyd edək ki, "Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.

Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.

Nadir memarlıq üslubuna görə, "Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.

Onu da qeyd edək ki, "Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan "Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.


Oxunub: 518






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim