İCELAND dondurma aləmi "carci.TV" Təqdim edir
CANLI TV / 19.06.2022 21:27
"CAMAL” LTD ŞİRKƏTİ
"ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və "Bakinka” adlı ilk brend satışa çıxarıldı.
2002-ci ildən etibarən müəssisədə Avropanın aparıcı markalarının avadanlıqlarının alınmasına və dondurma istehsalı üçün müasir texnologiyaların tətbiqinə başlandı. İstehsal sahəsi böyüdülərək 4 istehsal sexi yaradıldı və müxtəlif növ dondurma istehsalı üçün 7 xətt istifadəyə verildi.
2021-ci ildə etibarən müəssisədə dondurma istehsalı üçün əlavə olaraq 1 xətt istifadəyə verildi. Hal hazırda müəssisədə müxtəlif dondurma istehsalı üçün 8 xətt mövcuddur.
Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verdilər. Növbəti illərdə şirkət yüksək tələbat olan yeni brendlərini yaratmaqla məhsul çeşidlərinin sayını artırdı. Bunların arasında adı və dadı dillər əzbəri olan "Bakılı Qız” və "Malik” brendlərinin özünəməxsus yeri var.
2008-ci ildə 10 illiyini qeyd edən şirkət artıq Avropa təcrübəsi və standartlarına cavab verən istehsal sahəsinə malik idi. 2009-cu ildə "Camal” LTD şirkəti yerli bazarın dondurma tələbatının çox hissəsini ödəmək gücünə sahib olduqdan sonra xarici bazarları araşdırmağa başladı. Beləliklə, 2010-cu ildə beynəlxalq satış arenasına çıxaraq Gürcüstana dondurma məhsullarını ixrac edən ilk Azərbaycan şirkəti oldu.
2015-ci ildə "ICELAND” ticarət nişanı premium-klas seqmentində xarici dondurma bazarlarını fəth etmək üçün böyük potensiala malik "SEVGİ" brendi ilə öz dondurma kolleksiyasını gücləndirdi. Hal-hazırda şirkətin istehsal etdiyi məhsul çeşidlərinin sayı 100-dən artıqdır.
"Buzlar diyarı” anlamını daşıyan "ICELAND” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün "ICELAND” ticarət nişanı yerli bazarda ən nüfuzlu dondurma markasıdır.
"CAMAL” LTD ŞİRKƏTİNİN İNKİŞAF SİYASƏTİ
Qarşılıqlı mənfəət üzərində qurulan biznes əməkdaşlıq, müştərilərin tələbatına uyğun həcmdə və çeşiddə hazır məhsul, həmçinin xammalla vaxtında təmin edən peşəkar komandanın həyata keçirdiyi yüksək xidmət kompleksidir.
Fəaliyyət istiqamətlərimiz dondurma və dondurulmuş yarımfabrikatların istehsalı, idxalı və satışından (topdan və pərakəndə satış nöqtələri, şəbəkə marketlər, HoReCa -otel, restoran, kafe, keytrinq şirkətləri, regionlarda fəaliyyət göstərən filiallar və beynəlxalq əməkdaşlıqdan) ibarətdir.
Müasir, iri tutumlu soyuducu anbarlarımız hazır məhsulun keyfiyyətli şəkildə saxlanılmasının və müştərilərin ən qısa zamanda məhsulla təminatının qarantıdır. Regionlarda fəaliyyət göstərən 5 filial (Şirvan, Quba, Gəncə, Yevlax, Göyçay) və 28 nümayəndəlik öz növbəsində bölgələri qısa zaman ərzində məhsulla təmin etməyə imkan yaradır.
Logistika - soyuducu ilə təchiz olunmuş avtomobillər məhsulun yüksək keyfiyyətdə ünvana çatdırılmasını təmin edir.
Təhlükəsizlik - dondurma, dondurulmuş məhsullar ilə (meyvə, tərəvəz, kartof-fri və yarımfabrikatlar) birlikdə qida təhlükəsizliyi sertifikatı və istehsalçı ölkələrin sertifikatları təqdim olunur.
Təqdim olunan yeni məhsullarımız reklam və marketinq dəstəyi ilə müşayiət olunur və müştərinin dövriyyəsinə görə brendləşdirilmiş soyuducu avadanlıqla təchiz edilir.
Loyal müştərilər üçün satış sistemində satış həcminə görə endirim faizləri həyata keçirilir. Müştərilərin istəyini nəzərə alaraq məhsulların qablaşdırması üzərində sifarişçinin loqotipi və məlumatları yerləşdirilə bilər (XTN). Stabil artan satış həcmi bizimlə əməkdaşlığın daha davamiyyətli olmasına və maksimal effektiv nəticə əldə etməsinə səbəb olur.
HoReCa
Biz çalışırıq ki, siz "İceland” dondurmalarını nəinki ən yaxın mağazalarda, həmçinin ziyarət etdiyiniz otel, restoran və kafelərdə də dada biləsiniz. HoReCa satış kanalı vasitəsi ilə satış təmsilçiləri tərəfindən hər zaman yeni istehsal tarixli və geniş çeşidli xüsusi məhsulların çatdırılması təmin edilir. Şirkətimiz tərəfindən təqdim olunan dondurulmuş tərəvəzlər ilin hər fəsilində sevdiyiniz yeməkləri hazırlamağa imkan yaradır. Xüsusi şoklama vasitəsi ilə dondurulmuş meyvə-tərəvəzlər tərkibində olan vitamin və xeyirli maddələri qoruyub saxlayır.
HoReCa sektoruna təklif olunan dondurmalardan həm porsion dondurma kimi, həm də desertlərin əsası və kokteyllər üçün istifadə olunur. Həmçinin beynəlxalq partnyorların nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müştərilər üçün seminar və master-klaslar keçirilir.
Şirkətimizin əsas məqsədlərindən biri daimi inkişafdır.
Ölkənin dondurma istehsalı sektorunda qazandığımız nüfuzu qoruyub saxlamaqdır.
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
