reklam
USD
30 ℃
EUR
BAKI

“QAİ” rəisi bütün əməkdaşları ilə birgə həbs olundu: dəbəbəli malikanəsi və qızıl unitazı üzə çıxdı

CANLI TV / 19.06.2022 22:27

"QAİ” rəisi bütün əməkdaşları ilə birgə həbs olundu: 

dəbəbəli malikanəsi və qızıl unitazı üzə çıxdı



Rusiyada "QAİ” rəisi bütün əməkdaşları ilə birlikdə həbs olunub və onun dəbdəbəli malikanəsi, qızıl unitazı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, ötən gün iyulun 20-də Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Stavrapol vilayəti üzrə Baş Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi (keçmiş "QAİ”) idarəsinin rəisi, polkovnik Aleksey Safonovun və tabeçiliyindəki bir neçə əməkdaşın həbs olunduğunu açıqlayıb. Onların hamısı cinayətkar qruplaşma yaratmaqda, rüşvət almaqda şübhəli bilinir.
Xinşteyninin bildirdiynə görə, şübhəlilərin yaxalanması üçün xüsusi əməliyyat qurulub. Bu əməliyyatda Rusiya DİN-in daxili təhlükəsizlik xidməti Baş idarəsinin əməkdaşları, Şimali Qafqaz federal dairəsi üzrə Baş istintaq idarəsinin əməliyyatçıları və "Rosqvardiya”nın döyüşçüləri iştirak ediblər. Xüsusi əməliyyat zamanı Safonovla yanaşı onun başçılıq etdiyi idarənin demək olar ki, bütün əməkdaşları -35 nəfərdən çox polis saxlanılıb.
Rusiya telegram-kanallarında yayılan məlumatlarda deyilir ki, saxlanılan Aleksey Safonovun kifayət qədər zəngin adam olduğu üzə çıxıb. Belə ki, onun dəbdəbəli malikanəsinin fotolarını deputat Xinşteyn özünün telegram-kanalında yerləşdirib. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstrlər gözə dəyir. Evin tualetində qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Evin pilləkənləri mərmərdəndir, qapılar əllə işlənib.
Deputat Xinşteyn bildirib ki, İstintaq Komitəsi Safonovun və onun tabeçiliyindəkilərin barəsində mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi ilə cinayət işi qaldırıb. Habelə saxlanılanlar xüsusilə iri məbləğdə rüşvət almaqda şübhəli bilinir.
"Baza” telegram-kanalının bildirdiyinə görə, istintaq Safonovun qruplaşmasının 2017-ci ildən fəaliyyət göstərdiyini müəyyən edib. Qruplaşmanın aldığı rüşvətin dəqiq məbləği müəyyən deyil, amma burası məlumdur ki, Stavrapol vilayətində taxıl daşıyan yük maşınlarının yollardan maneəsiz keçməsinin təmin olunması üçün Safonovun əməkdaşları üst-üstə 20 milyon rubldan çox rüşvət toplayıblar.
Məlum olub ki, Stavrapol vilayətinin "QAİ” əməkdaşları rəhbərliyin onları rüşvət almağa məcbur etdiyi haqda hələ 2017-ci ildə şikayət ediblər. İdarənin anonim əməkdaşı əmin il Prezident Administrasiyasına məktub göndərib. Polis əməkdaşı şikayətlənib ki, onları rüşvət almağa məcbur edirlər və pulları rəhbərliyə çatdırmağı tapşırırlar.
"Bizi hər gün konkret məbləğə işləməyə məcbur edirlər. Deyəndə ki, adamlar qaydanı pozmur, bildirirlər ki, deməli biz pis işləyirik. Bundan sonra bizi sutkanın 24 saatı ayaq üstə dayanmaq üçün postlara göndərirlər, rəhbərliyə pul gətirənlər isə şəhərin mərkəzində növbəyə çıxırlar”,-həmin əməkdaş yazmışdı.
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada daha bir polis zabitinin həbs edildiyi üzə çıxmışdı. Belə ki, Rusiya hüquq-mühafizə orqanları Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş "QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkini həbs edib. Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır. Kaçkin Voronejdə iyulun 19-da saxlanılıb. Onun iqtisadi xarakterli cinayətlərdə şübhəli bilindiyi xəbər verilir.


Oxunub: 270






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim