reklam
USD
9 ℃
EUR
BAKI

Dövlətə və Heydər Əliyev siyasətinə sadiqlik

NƏŞR / 22.06.2022 03:45

DƏMİR YUMRUQ
Rahib Kərimli

Dövlətə və Heydər Əliyev siyasətinə sadiqlik

      Uzun illərdir ki, Rahib Kərimli ilahi sevgilərə bürünmüş çoxlu sayda əsərləri ilə milli-mənəvi dəyərlərimizin əsl ünvanına, ədəbiyyatımızın parlaq simalarından birinə çevrilmişdir. Uzun illər ümummilli lider Heydər Əliyevin yubiley yaşları ilə bağlı qəzet, jurnal və kitablar həsr etmiş Rahib Kərimli, bənzərsiz həyat mövqeyi və işıqlı ideyaları ilə çoxlarına örnək olmaqla böyük bir həyat məktəbi keçib. Bütün həyatı boyu bu nemətləri müqəddəs bilib, onları özünün əqidə və inam məktəbinə çevirib. Vətənin ağır günləri başlandığı ilk andan Ulu Öndərin ideyalarına sadiq qaldığını və ayıq-sayıq bir əsgərə çevrildiyini bəyan edib. 

     Zamanında müxtəlif mətbu orqanlarda çalışan, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçilik fəaliyyəti ilə məşğul olan Rahib Kərimlini digərlərindən fərqləndirən, diqqəti cəlb edən bir cəhəti, həyat fəlsəfəsinin güclü, dilinin isə zəngin, daha milli və aydın olmasıdır. Onun keçdiyi mənalı həyat yolu və dərin həyat təcrübəsinin, dünyagörüşünün nəticəsi olan fəlsəfi fikirlərinin aydınlığı, yaratdığı əsərlərin bətnində bir inci kimi uzaqdan parlaqlığı diqqəti cəlb edir, ilk fikirdən zövqü oxşayır, insan qəlbini ovsunlayır. Çoxşaxəli yaradıcılığının hər bir səmtində milli ruhun bütün zənginliklərinə bürünən Rahib Kərimli o taylı, bu taylı Böyük Azərbaycanı tərənnüm edən "Azərbaycanım" və "Turan" şeirləri ilə oxucularının qəlbində işıqlı bir ünvana çevrilmişdir.

     Rahib Kərimlinin "Dəmir yumruq" adlı kitabında toplanmış yazıları, onun nəinki Qarabağ, ümumilikdə Azərbaycanın 200 illik tarixi ilə bağlı əsərlərinin müəyyən bir hissəsidir. O, Birinci Qarabağ hadisələrinin başlandığı ilk dövrlərdə ölkə rəhbərliyinin zəifliyini, düşmənin isə beynəlxalq səviyyədə böyük dəstək almasını və xalqımızın təkləndiyini yaxşı görürdü. Xocalı hadisələri milyonlarla azərbaycanlı kimi Rahib Kərimlini də sarsıtdı, müharibənin doğurduğu reallıqlar düşüncələrinə təsirsiz keçmədi. Bununla bağlı "Şəhid Xocalım" adlı məqaləsi ürəkparçalayan yanğı ilə yazılıb.

     Geniş dünyagörüşünə malik olan Rahib Kərimli gözəl bilirdi ki, müharibəni təkcə ordu aparmır, burda xalq və dövlət birliyi daha önəmlidir, hər kəs öz vəzifəsini dəqiq bilməlidir. Döyüşən orduda milli ruhun duru və diri olması çox önəmlidir. Zamanında yazılmış hayqırtılı yazılar döyüşən orduya verilən yeni növ silaha bənzəyir, güvən və ümidə çevrilir, düşmən üstünə hücuma keçən əsgəri igidliyə və qəhrəmanlığa səsləməklə yanaşı, ona qol-qanad olur. Bütün bu müqəddəs vəzifələri bilən, dərk edən Rahib Kərimli müharibənin ilk günündən qələmini götürərək ön cəbhədə döyüşən əsgərlə bir cərgədə özünə mövqe seçməyi bacardı. Yazdığı məqalələr elə ilk gündən əsl vətənpərvər azərbaycanlı kimi hərbi xidmətə, döyüşə yollanırdı. 

     Bəzi dövlətlərin, eləcə də Beynəlxalq təşkilatların bizə göstərdiyi "can yananlığın" çoxüzlü siyasətin bir üzü olduğunu dəqiqliklə bilirdi, onlardan bizə bir xeyir olmayacağını uzaqgörənliklə görürdü. Çətin anlarda xalqımızı birliyə, dövlətimizi qələbəyə səsləyirdi. Rahib müəllim bu fikirlərini "Qəhrəmanlıq nümunəsi" adlı yazısında daha geniş və tam mənada işıqlandırmışdır.

     Zamanın axarında Fransa kimi dövlətlərin bizlərə qərəzli münasibətinin tarixinin qədim və dəyişməz olduğunu söyləyən Rahib Kərimli xalqımızı bir daha onların yalançı vədlərinə inanmamağa çağırırdı. Erməni qəsbkarlarının xalqımıza etdikləri silsilə zülmlər hamı kimi müəllifi də hiddətləndirirdi. 1990-1996-cı illərdə yazdığı yazılarında ər igidlər kimi qarı düşməndən qisas alınacağı günün uzaqda olmadığını vurğulayır.

     Ermənilərin Şuşada bizə acıq verərək yallı getməsi xalqımıza qarşı dözülməz, hər kəsin qəlbinin yarasına duz səpən bir təhqir idi. Qəhrəman Azərbaycan ordusu bu heyfi düşməndə qoymadı. Cəmi 44 gün ərzində düşmənə qan uddurduq. Çox qəribədir ki, bu, Rahib Kərimlinin uzaqgörənliklə öncədən söylədiyi kimi oldu, Koroğlu səsiylə dünyaya haray saldıq. Bəli, bu, "Dəmir yumruq" idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı İlham Əliyevin o şənlikdəki məğrur səsi düşmənlərimizin və onların havadarlarının bağrını elə qan etdi ki, heç vaxt qulaqlarından da getməyəcək. O tarixi səhnə hər bir azərbaycanlının qan yaddaşında qisas toyu kimi qalmaqla, milli ruha çevrilərək yeniləşən Azərbaycanımızın yeni-yeni uğurlarının ilham mənbəyi oldu.

     44 günlük müharibə dövründə hamılıqla ən çox söylədiyimiz nidalardan biri də "Qarabağ Azərbaycandır!" kəlməsi idi. Rahib Kərimli bu müqəddəs hissləri eyni adlı məqaləsində müharibənin başlamasından bir neçə ay öncə yazmışdır.

     Ali Baş Komandanın apardığı uğurlu daxili və xarici siyasət hər bir azərbaycanlının qəlbində dövlətinə güvən və onun ordusuna bir əminlik yaratdı. Müharibə başlayan gündən hamı kimi Rahib Kərimli də ordumuzun qələbəsinə əminliyini "Hər bir Azərbaycanlının Prezidenti" adlı məqaləsində qürurla bildirirdi. 

     Ali Baş Komandanın 44 günlük müharibə dövründə ardıcıl olaraq verdiyi qələbə müjdələrindən ilhamlanan Rahib Kərimli qələbə qabağı döyüş səhnəsini "Ali Baş Komandanla, irəli" adlı yazısında ordumuzu yalnız irəliyə səsləyirdi. Peşəkar yazar kitabda "Şəhid - ən ali və müqəddəs varlıq" adlı məqaləsində böyük iftixarla şəhidlərimizi tərənnüm edib.

     Kapitulyasiya aktının imzalandığı anı bir daha xatırlayaq. Həqiqətən də Ali Baş Komandan müzəffər ordumuzla xalqımızın istək və arzularını şanlı tarixə çevirərək qalib ölkə kimi dünya hərb tarixinə öz imzasını atdı. Bu aktın Paşinyan tərəfindən hələ də harada imzalanması sirr və gülüş hədəfi olaraq qalmaqdadır. Qazandığımız qələbə hamıda daha böyük istəklərimizə bir ümid çırağı yandırdı. Çoxları kimi Rahib Kərimlinin bir arzusu da qədim dədə-baba torpaqlarımıza - Qərbi Azərbaycana, İrəvan xanlığına qayıtmaq arzusudur.

     Təkcə bu kitabda deyil, "Heydər Əliyev ideologiyasının zəfər yolu” kitabında da Rahib Kərimlinin Qarabağa olan sevgisi müqayisəolunmaz və tükənməzdir. İkinci Qarabağ müharibəsinin bizim üçün sınaq və qəhrəmanlıq dərsi olduğunu bir daha xatırladan yazar bu sınaqdan üzüağ çıxdığımızı qürurla vurğulayır.

     Qarabağ müharibəsində həlak olan şəhidlərimizin, axıra qədər döyüşən qazilərimizin taleyinə kövrək qəlbi ilə yanmaqla yanaşı, həm də bir vətəndaş kimi onlara daha yüksək dəyər və qiymət verərək uca tutur. Əsgərlərimizin hər birinin Vətən Bayrağına, dövlətimizin və xalqımızın şərəf və zəfər ünvanına çevrildiyini bildirir. 

     Əldə olunan qələbəmizdə Ali Baş Komandanın danılmaz haqqını xüsusilə vurğulayan Rahib Kərimli işıqlı sabahımızın, xoşbəxt gələcəyimizin də onunla bağlı olduğunu bildirir. Eyni zamanda əgər düşmən bir daha baş qaldırsa yenidən "Dəmir Yumruğ"u görəcəyini də xatırladır.

Qarabağda qazandığımız qələbə dəyərli qələm sahibinin illərdir ki, dünyaya hayqıraraq car çəkdiyi Türk sevdasını daha da qanadlandırdı. Qarabağ müharibəsində Azərbaycan xalqının əlini doğma qardaş kimi möhkəm tutan Türkiyə dövlətinə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana olan sonsuz sevgi və inamını da gizlətmir. Onun İlham Əliyevlə Zəngilan torpağında əkdikləri çinarın boy atacağına, qardaşlığın daha böyük arzularına, Turan sevdasına çevriləyəcəyinə inanandığını yazdığı hər məqaləsində qeyd edir.

     Qarabağda əldə olunan qələbədə döyüşən ordumuzun hər bir əsgərinin və zabitinin danılmaz haqqı vardır. Bizim bir xalq olaraq ordumuza, onun hər bir əsgərindən tutmuş Ali Baş Komandana sonsuz məhəbbətimiz və sevgimiz vardır. Qələbə xəbəri yayılan gün Vətən tariximizin ən yaddaqalan parlaq səhifəsi oldu. Bu xəbəri eşidən hər kəs özünəməxsus toy-büsat qurdu, sevindi və sevincini dünyaya hayqırdı. Rahib Kərimli özünəməxsus sevgisi ilə qələmə aldığı "Dəmir yumruq əməliyyatı" adlı məqaləsində Azərbaycan bayrağının ən uca zirvələrdə dalğalanmasını, düşmənin başının dəmir yumruqla əzilməsini, sevinc və fərəh hisslərini oxucularla bölüşdü.

     Rahib Kərimlinin Müasir Azərbaycanımızın tərənnümünə həsr etdiyi kitabları cəmiyyətimizdə geniş sosial-ictimai rezonansa səbəb olur. Onun işıq üzü görən bütün qələm nümunələri Müasir Azərbaycan uğrunda daha nurlu sabahlara səsləyir, Azərbaycançılıq ənənələri, xalqın milli ruhu daha da zənginləşir və yeniləşir. 

     Rahib Kərimlinin "Dəmir yumruq" kitabının "Ədəbiyyat" sahəsində Dövlət Mükafatları Komissiyasına təqdim edilməsi məqsədəuyğundur və onun çoxsaylı oxucularının arzusudur. 

 

Nadir MƏMMƏDLİ,

AMEA-nın Dilçilik İnstitutunun direktoru



Oxunub: 463






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim