reklam
USD
13 ℃
EUR
BAKI

UŞAQLIQ

NƏŞR / 14.07.2022 12:19
UŞAQLIQ

Mənim idi bu yelləncək bir zaman,
İndi külək boş-boşuna yellədir.
Çəkiləli uşaqlığım bu bağdan,
Bu ağaclar hey arxamca əl edir.

Vaxt vardı ki, bu ağaclar altında
Kərə, kürə quzuları oxşardım.
Sevinclərlə göyün yeddi qatında,
Bircə gündə min bir dünya yaşardım.

Oynamaqdan nə yorular, nə doyar,
Gah yamaca, gah dərəyə cumardım.
Axşam olcaq bir diz üstə baş qoyar,
Sahibindən nağıl payı umardım.

Nağıllarda min həyəcan, min təşviş,
Haqq nahaqqa axır qənim olardı.
Üç almadan hələ yerə düşməmiş,
Göydə ikən biri mənim olardı.

Ömürlərdə bir silinməz iz qoyur,
Şəkər olur, noğul olur uşaqlıq.
Nağıllara qulaq asıb uyuyur,
Özü dönüb nağıl olur uşaqlıq.

Rahib KƏRİMLİ


Oxunub: 331






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim