Rusiyanın iki aviaşirkəti Azərbaycana reyslərin sayını artırıb
CANLI TV / 21.07.2022 14:44
Rusiyanın iki aviaşirkəti Azərbaycana reyslərin sayını artırıb
Rusiyanın iki aviaşirkəti Azərbaycana reyslərin sayını artırıb.
Bu barədə aviaşirkətlərin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, "Utair” aviaşirkəti Surqut-Bakı (Azərbaycan) arasında növbəti reys açıb. Artıq Surqut-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - bazar ertəsi və çərşənbə günləri həyata keçirir.
Surqutdan uçuşlar səhərlər, Bakıdan axşamlar yerinə yetiriləcək.
Qeyd edək ki, "Utair” Rusiyada "Aeroflot”, S7 və "Ural Hava Yolları”ndan sonra dördüncü ən böyük aviaşirkətdir.
Bundan başqa, İrkutsk şəhərində yerləşən "IrAero” şirkəti avqustun 1-dən Novosibirsk–Bakı marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 5-ə çatdıracaq.
Aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 17 min rubldur (təxminən 510 manat).
Qeyd edək ki, "İrAero” mayın 20-dən Novosibirskdən Bakıya əvvəlcə həftədə bir, daha sonra iki dəfə uçuşlar həyata keçirməyə başlayıb. Daşıyıcının mətbuat xidmətindən bildirilib ki, uçuş yükü yaxşı olub və bu səbəbdən aviaşirkət Azərbaycana uçuşların tezliyini artırmaq qərarına gəlib.
Oxunub: 175
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim