reklam
USD
15 ℃
EUR
BAKI

Fikrət Məmmədov: Şuşa konfransı məhkəmə-hüquq sistemimizin yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək

XƏBƏR / 26.07.2022 03:04

Fikrət Məmmədov:

Şuşa konfransı məhkəmə-hüquq sistemimizin yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək



Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza yaşatdığı Böyük Qələbənin sevincini bu gün azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı qədim Şuşa şəhərində yaşamaqdan yüksək qürur hissləri keçiririk. Burada olmaq, Şuşamızı azad görmək bizlərə də nəsib oldu. Bu gün doğma torpaqlarımızda, o cümlədən Şuşamızda Prezidentin rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduq. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində yenidən bərpa olunan qədim tarixi, mədəni və dini abidələrimizlə tanışlıq hər birimizdə xoş və unudulmaz təəssürat yaratdı.

Bu fikirləri regional apellyasiya məhkəmələrinin 15 illiyi münasibətilə Şuşada keçirilən konfransda Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov müsahibəsində bildirib.

"Bu gün Prezidentin elan etdiyi "Şuşa İli” çərçivəsində 270 illiyini qeyd etdiyimiz mədəniyyət paytaxtımızda məhkəmə-hüquq islahatlarına həsr olunan konfrans keçirilir. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev tərəfindən aparılan islahatlar nəticəsində 2000-ci ildə yeni üçpilləli məhkəmə sistemi, o cümlədən apellyasiya instansiyası məhkəməsi yaradılıb və Prezidentin rəhbərliyi ilə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə həmin məhkəmələr genişləndirilib. Bu gün regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının 15 illiyini qeyd edirik”, – deyə ədliyyə naziri vurğulayıb.

Şuşa konfransında Prezidentin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı vəzifələrin müzakirə edildiyini söyləyən nazir deyib: "Xüsusilə, dövlət başçısının yenicə təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn nazirliyin vəzifələrini, habelə məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir İKT-lərin tətbiqinin, mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi, mediasiyanın təşviqi ilə bağlı görülməli tədbirləri müzakirə etdik. Hesab edirəm ki, bugünkü konfransımız məhkəmə-hüquq sistemimizin inkişafı ilə bağlı yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək”.

"carciTV"


Oxunub: 274






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim