reklam
USD
19 ℃
EUR
BAKI

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub

XƏBƏR / 05.08.2022 01:43

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub



Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur.

Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metrdir.

Məlumata əsasən, layihə üzrə işlərin ümumi 57 faiz yerinə yetirilib. Bundan əlavə, 265 dairəvi borudan 166-sı artıq tikilib, 39-da işlər davam edir; 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir; 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir; 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb,11-də işlər davam edir; 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Avtomobil yolunun 0-22 və 44-48-ci kilometrlik hissələrində yol geyiminin tikintisi işləri, 25,9-115-ci kilometrlik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri görülür.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37 faizdir.

Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli üzrə qazma işləri, həmçinin beton püskürtmə işləri artıq yekunlaşıb. Bundan başqa, 1007 metr uzunluğunda olan T1 tunelinin sol istiqaməti üzrə kəmər betonu (40 santimetr) işləri 550 metr məsafədə, 1033 metr uzunluğunda T1 tunelinin sağ istiqaməti üzrə kəmər betonu (40 santimetr) işləri 444 metr məsafədə tamamlanıb.

Ortalama uzunluğu 1822 metr olan T2 tunelinin sol istiqaməti üzrə ümumi 985,5 metr, sağ istiqaməti üzrə isə ümumi 1166,35 metr məsafədə qazma və püskürtmə beton işləri yekunlaşıb.

Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma və püskürtmə beton işləri başa çatıb.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.


Oxunub: 213






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim