reklam
USD
5 ℃
EUR
BAKI

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan, İsmayıllı və Ağsuya səfər edib

CANLI TV / 13.08.2022 03:46


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan, İsmayıllı və Ağsuya səfər edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

"carciTV" xəbər verir ki, Prezident İlham Əliyevə əvvəlcə Gənc Sənətkarlar Mərkəzində yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Mərkəzin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Mərkəzin binası 36 yerlik akt zalı, məşq səhnəsi, teatr dərnəyi, rəsm, heykəltəraş, foto, dərzi otaqları, moda nümayişi podiumu, inzibati və yardımçı otaqlardan ibarətdir. Bina müasir avadanlıq, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib.

Sonra Prezident İlham Əliyev Dövlət Rəmzləri Muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 16 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, həmin dövrdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı mərasimlərinə dair fotoşəkillər, poçt markaları, orden və medallar nümayiş olunur.

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 1,27 hektar sahədə Bayraq Meydanı yaradılıb. Burada hündürlüyü 65 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib.

***

Prezident İlham Əliyev "Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda "Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.
"carciTV" xəbər verir ki, "Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.


Oxunub: 636






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim