reklam
USD
14 ℃
EUR
BAKI

Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib

CANLI TV / 14.08.2022 12:20

Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib



Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Frans Adamoviç Klintseviçə açıq məktub göndərib, məktubda onun "Rusarminfo” kanalına müsahibəsi ilə əlaqədar etirazını bildirib.

"carciTV" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Klintseviç!

Biz Rusiya telekanallarında, müxtəlif analitik proqramlarda sizin şərhlərinizə tez-tez baxırıq. Siz dünyada baş verən bir çox hadisələrə hərbi ekspert kimi prinsipial qiymətlər verirsiniz, lakin sizin yutub kanalında yayılan, "Rusarminfo” kanalına verdiyiniz sonuncu müsahibə sizin obyektiv, bilikli, sağlam düşüncəli hərbi siyasi ekspert olmağınız barədə fikirlərin üstündən xətt çəkdi.

Siz ya Ermənistan-Azərbaycan münaqişəsinin tarixini və onun nəticələrini əsla bilmirsiniz, ya da bilərəkdən, erməni kütləvi informasiya vasitələrinə yarınmaq, onların nəzərində "həqiqət və ədalət uğrunda mübariz” kimi görünmək üçün həqiqəti təhrif edirsiniz.

Yəqin ki, sizə xatırlatmaq artıq olmaz, Azərbaycan 30 il ərzində erməni silahlı dəstələri tərəfindən işğal edilmiş öz əzəli torpaqlarını dinc yolla azad etmək üçün hər cür səy göstərib. Onu da xatırladaq ki, dünyanın istisnasız olaraq bütün ölkələri, o cümlədən Rusiya Federasiyası da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bütün bu illər ərzində Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və Azərbaycanın işğal edilmiş torpaqlarının dərhal azad olunmasını nəzərdə tutan dörd qətnaməsinə etinasızlıq göstərib.

Yalnız 2020-ci ilin sentyabrında Ermənistan tərəfindən silahlı təxribatdan sonra Azərbaycan silahlı əks-hücum əməliyyatları keçirib və 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə qazanıb, öz ərazilərini ermənilərin çoxillik işğalından azad edib.

2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanat qəbul edilib. Həmin sənəddə başqa bəndlərlə bərabər, 4 nömrəli bənddə açıq-aşkar deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxarılmasına paralel olaraq regionda yerləşdirilir”.

Bu il avqustun 3-də Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı dəstələrinin azərbaycanlı hərbi qulluqçunun həlak olması ilə nəticələnmiş təxribat-terror provokasiyasının qarşısını almaq üçün "Qisas” əməliyyatı keçirib.

Hörmətli Frans Adamoviç, bir suala cavab verin: erməni silahlı dəstələri Azərbaycanın əzəli torpağında nə edir? Nə üçün onlar indiyə qədər Azərbaycan ərazisindən çıxarılmayıb, kim onlara bu günə qədər bizim vətəndaşlarımızı atəşə tutmaq və öldürmək hüququ verib?

Siz deyirsiniz ki, bu, Azərbaycan və Türkiyə xüsusi xidmətlərinin provokasiyalarıdır. Bu, qərəzli yalandır! Hərbi zabit kimi sizə gözəl məlumdur ki, bu provokasiyalar yalnız Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasını, sülh müqaviləsi imzalanmasını uzadan erməni tərəfinə lazımdır.

Azərbaycan azad edilmiş ərazilərdə praktiki olaraq dərhal bərpa işlərinə başlayıb, Ermənistanı sülh müqaviləsini imzalamağa və regionda nəqliyyat kommunikasiyalarının açılması üzərində birgə işləməyə çağırıb.

Siz Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək, sosial obyektlər tikintisini nizamlamaq, dağıdılmış mədəniyyət abidələrini bərpa etmək istəyini Rusiya ilə Ermənistan arasında xüsusi münasibətləri pozmaq məqsədilə eskalasiya və provokasiya adlandırırsınız?!

Siz vurğulamısınız ki, Rusiyanın sülhməramlı fəaliyyətində onun mövqeyinə etinasızlıq göstərilir. Bu, nə vaxt və kim tərəfindən olub? Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə 2022-ci il 22 fevral tarixli Bəyannamədə bir daha vurğulanıb ki, iki dövlət "öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, qarşılıqlı hörmət, iki ölkənin müstəqilliyi, dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında qurur”.

Cənab Klintseviç, siz deyirsiniz: "Rusiya Ermənistanı tək qoymayacaq”, "Rusiya Ermənistanı müdafiə edəcək”. Kimdən? Məgər Ermənistana kimsə hücum edib? Məgər iyrənc provokasiyalar Ermənistan torpağında baş verir? Siz bütün Rusiya adından danışarkən bunları bilməlisiniz!

Ermənistana sevgi və sədaqətinizi bəyan etməklə, "Ermənistanla xüsusi münasibətləri” qeyd etməklə, rusların Ermənistandan qovulmasını, Ermənistanda təhsilin rus dilində olduğu məktəblərin olmamasını, nasizmin və faşizmin əlaltısı Qaregin Njdeyə heykəl qoyulmasını, İrəvanda Rusiyanı təhqir edən, Rusiya bayraqlarını yandıran ermənilərin izdihamlarını unudursunuz. Bəs sizin ardıcıllığınız və prinsipiallığınız harada qaldı?!

Azərbaycan multikultural ölkədir, burada Azərbaycan vətəndaşları olan 120 mindən çox rus yaşayır. Rus dili inkişaf edir, təhsilin rus dilində olduğu bütün məktəblər qalıb (onların sayı 344-dür), ali məktəblərdə təhsilin rus dilində olduğu fakültələrdə 18 mindən çox tələbə oxuyur.

Qarabağ müharibəsi illərində rus gənclərin çoxu könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olub və döyüşlərdə respublikanın ərazi bütövlüyünü qoruyub. Onların arasında orden və medallarla təltif olunanlar da, Azərbaycanın Milli qəhrəmanları da var. Ermənistanda belə ruslar varmı?! Ümumiyyətlə, bu monomilli dövlətdə ruslar qalıbmı?!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Xankəndi şəhərində və Qarabağ ərazisində yaşayan ermənilər öz evlərində qalacaq, onlar bizim respublikanın vətəndaşlarıdır və onların hüquqları etibarlı şəkildə qorunacaq.

Bəs Azərbaycan ərazisində törədilən provokasiyalar kimə sərfəlidir?

Azərbaycan ərazilərinin işğalı 30 il davam edib: müxtəlif millətlərdən olan on minlərlə gənc vəhşicəsinə qətlə yetirilib, yüz minlərlə insan qaçqın düşüb, Azərbaycanın şəhər və kəndləri yerlə-yeksan edilib, milli sərvətləri talanıb. Bu gün erməni faşizmi haqqında uzun müddət və əsaslı şəkildə danışmaq olar.

Ümidvarıq ki, siz haçansa zabit şərəfini xatırlayacaq və təkcə "zavallı və bədbəxt Ermənistan” haqqında deyil, həm də sülhsevər, qəhrəman, əməksevər və beynəlmiləlçi Azərbaycan haqqında danışacaqsınız”.


Oxunub: 166






SON XƏBƏRLƏR

2024-05-04

00:38 "Qarabağ" yenə "Neftçi"ni darmadağın etdi

Product image

00:19 Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı

Product image

00:12 Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

Product image

21:40 Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib

Product image

21:28 Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Product image

21:20 Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Product image

21:02 Mayın 5-6-da geomaqnit qasırğası olacaq

Product image

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

00:38 "Qarabağ" yenə "Neftçi"ni darmadağın etdi

Product image

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image
Təqvim