reklam
USD
16 ℃
EUR
BAKI

Roman Bağdasaryan: İşğal edilmiş ərazilərin məskunlaşdırılması “pul yumaq”dan başqa bir şey deyildi

REPORTAJ / 14.08.2022 12:36

Roman Bağdasaryan: İşğal edilmiş ərazilərin məskunlaşdırılması "pul yumaq”dan başqa bir şey deyildi



Bu gün söhbət Ermənistanın taleyindən gedirsə, yüz Qarabağ da olsa, ondan imtina etməliyik. Onsuz da Qarabağın taleyi həll olunub və Azərbaycan öz məqsədinə addım-addım yaxınlaşır.

"carciTV" xəbər verir ki, bu sözləri erməni dilində yayımlanan "Kinolenta 24” internet televiziyasının təşkil etdiyi telekörpünün iştirakçılarından biri, İrəvan sakini Meri deyib.

Ağlı kəsəndən "Dağlıq Qarabağ” ətrafında gedən rəsmi erməni təbliğatı ilə razılaşmadığını bildirən Meri öz arqumentlərini bu cür əsaslandırır: "34 ildir "Qarabağ bizimdir” deyənlərə mənim bir cavabım olub. Danışanda "dünya da bizimdir” deyirsiniz, lakin bir həqiqətlə razılaşmaq istəmirsiniz ki, hüquqi cəhətdən sənin olmayan nəyəsə sahiblənmək istəyinizi dünya qəbul edə bilməz”.

Meri qeyd edib ki, "özünün olmayan torpaqlara görə kifayət qədər qurbanlar vermiş” Ermənistan dövlətinin taleyinə hisslərlə yanaşmaq gələcək qarşısında ən böyük və bağışlanılmaz səhv olar.

Telekörpünün digər iştirakçısı, niderlandlı Nuneyə son zamanlar erməni təbliğat maşınının beynəlxalq ictimaiyyəti manipulyasiya etmək məqsədilə yayılan dezinformasiya barədə məlumat verilir. Telekanalın yaradıcısı Roman Bağdasaryan Laçın, Zabux və Sus ətrafında aparılan söhbətin düzgün təqdim olunmadığını etiraf edərək deyib: "Həmin məsələ 10 noyabr Bəyanatına xüsusi bənd kimi salınıb və Azərbaycan öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də Ermənistan hələ işə başlamayıb. Bu, Azərbaycan tərəfinin hüququdur ki, ona aid ərazidə məskunlaşdırılan ailələrin köçürülməsini tələb etsin”.

Vaxtilə Laçın və işğal altındakı digər yaşayış məntəqələrinin məskunlaşdırılmasının Ermənistandakı Qarabağ klanının varlanmaq istəyindən irəli gəldiyini deyən R.Bağdasaryan bu prosesin zərurətdən deyil, çirkli pulları yumaq üçün "ən yaxşı vasitə” olduğunu xatırladıb.

Sözügedən telekörpü həqiqətə işıq salmaqla bərabər, onu da göstərir ki, təkcə Ermənistanda yox, harada yaşamasından asılı olmayaraq, "günəş altında yer axtaran” ermənilər arasında öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın haqq işini başa düşənlərin sayı artmaqdadır.


Oxunub: 214






SON XƏBƏRLƏR

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim