reklam
USD
15 ℃
EUR
BAKI

Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

XƏBƏR / 14.08.2022 12:56

Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib



"Azərkitab” Kitab Mərkəzinin Quba filialında görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.

"carciTV" xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, "Əhməd Cavad” mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda, ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Tarix elmləri doktoru, professor, şair Şahin Fazil görüşdə bildirib ki, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku”, "Bakı”, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyır. Yazıçı-dramaturqun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunduğu qeyd edilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xətti ilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar”, "Sivilizasiya beşiyi - Çin”, "Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib.

ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında belə görüşlərin əhəmiyyətindən danışıb, Əmir Pəhləvana filialın tələbələri ilə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.

Görüşdə Xaçmazda fəaliyyət göstərən "Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən "Gülüstan” ədəbi məclisinin sədri, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından şair Ceyhun Ağabəyov, həmçinin bölgədə fəaliyyət göstərən digər şair və yazıçılar çıxış edərək yazıçı-dramaturqun yaradıcılığından söz açıblar.

Tədbirin sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb. Maraqlı görüşün təşkili üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.


Oxunub: 236






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim