reklam
USD
18 ℃
EUR
BAKI

Könül Nurullayeva: Regionların inkişafı ilə bağlı vəzifələrin icrası əhalinin məşğulluğunun artırılmasına təkan verir

MÜSAHİBƏ / 14.08.2022 16:10

Könül Nurullayeva: Regionların inkişafı ilə bağlı vəzifələrin icrası əhalinin məşğulluğunun artırılmasına təkan verir




Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı bütün sahələri və bütün bölgələrimizi əhatə edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsuya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqləyir.

Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxananın tikilməsi, 100-ə yaxın məktəbin inşası və ya əsaslı şəkildə təmir olunması burada yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Ötən il Prezident İlham Əliyevin İsmayıllıya səfəri zamanı da şəhərin Babək küçəsində ideya və üslub baxımından aparılan xüsusi abadlıq işlərinin şahidi olmuşduq. Xarici və yerli turistlərin marağına səbəb olan Lahıcda aparılan yenidənqurma işləri də xüsusi diqqət çəkirdi. Bir il əvvəl İsmayıllı rayonunda yeni salınan Basqal-Sulut avtomobil yolu isə son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat qeyd edib ki, qədim və tarixi məkan olan Basqalın da həm tarixi siması qorunur, həm də burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılması, iş yerlərinin açılması üçün addımlar atılır. Qəsəbədə 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını daha da genişləndirəcək. Təsadüfi deyil ki, oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Burada da 200-ə yaxın iş yeri açılıb. Ümumiyyətlə, əhalinin məşğulluğunun artırılması regionların sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biridir.

K.Nurullayevanın sözlərinə görə, regionların inkişafı ilə paralel milli sərvətimiz olan dini abidələrimizin, məscidlərin, ibadətgahların əsaslı təmiri, yenidən qurulması işləri də davam etdirilir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən "Diri Baba” türbəsi də dövlət başçımızın tapşırığına uyğun olaraq bərpa edilir. 500 ildən çox yaşı olan və Qafqazın ən nadir abidələrindən hesab olunan türbə turistlərin diqqətini cəlb edən məkanlardan biridir. Təmir-bərpa işlərindən sonra bu maraq daha da artacaq.

"Bir sözlə, dövlət başçımızın səfər etdiyi bütün bölgələrdə artan inkişaf dinamikası müşahidə olunmaqdadır. Nəticə etibarilə regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir", - deyə deputat vurğulayıb.


Oxunub: 328






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim