reklam
USD
19 ℃
EUR
BAKI

Həbs cəzası yüngülləşdirilən icra başçıları (SİYAHI)

XƏBƏR / 15.08.2022 10:39

Həbs cəzası yüngülləşdirilən icra başçıları (SİYAHI)



2019-cu ildən ölkəmizdə genişmiqyaslı islahatlara start verilməsi bir sıra məmurların dəmir barmaqlıqlar arxasına məhkum etdi. Onların içərisində icra başçıları xüsusi yer tutur. Belə ki, 3 il müddət ərzində nə az, nə çox 8 icra başçısı kreslosu ilə birlikdə azadlığından da məhrum olub.

Lakin onlardan bəzilərinin cəzası sonradan müvafiq məhkəmə qərarı ilə nisbətən azaldılıb.

"carciTV" xəbər verir ki, cəzası yüngülləşdirilən icra başçıları bunlardır:

Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb. Ötən ilin sentyabrında məhkəməsi yekunlaşan sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib.

Qeyd edək ki, Q. Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib. Sabiq başçının özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar. 2021-ci ilin oktyabrında Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 2022-ci il avqustun 2-də Şirvan Apelliyasiya Məhkəməsində işə yenidən baxılıb və C. Cəfərovun cəzası 6 ilə qədər endirilib.

Ətraflı
Ad - 00:03
Əməliyyatın davamı kimi 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Neftçalaya üz tutub. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də dəmir barmaqlıqlar arxasına yollanıb. Ötən ilin oktyabrında İsmayıl Vəliyevin cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq başçı 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub. Bu ilin mayında isə İsmayıl Vəliyevin cəzası 4 ay azaldılıb.
Hal-hazırda həyatınlarını cəzaçəkmə müsəssisələrində davam etdirən icra başçılarınn cəza müddəti isə bu cürdür:

Vilyam Hacıyev - İmişlinin sabiq icra başçısı 12 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda onun 5 milyon 344 min manatlıq əmlakı da müsadirə edilib.

Mahir Quliyev - Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı 11 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə onun Bakıdakı 1 milyon manatlıq 2 mənzilini və 62 min manatlıq "Audi" markalı avtomobilini müsadirə edib.

Namiq Zeynalov - Cəlilabadın sabiq başçısı da bu il iyulun 8-də 12 il azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.

Alimpaşa Məmmədov - Şəmkir İH-nin keçmiş başçısı ötən ilin aprelində DTX-nın xüsusi əməliyyatı ilə saxlanılıb. Məhkəmə işi davam edən sabiq məmurun həbs müddəti bu ilin mayında 5 ay müddətinə uzadılıb.


Oxunub: 237






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim