reklam
USD
1 ℃
EUR
BAKI

Səfər Mehdiyev bahalı maşınları alıb, sonra onları Türkiyədə … - DETALLAR

XƏBƏR / 15.08.2022 10:54

Səfər Mehdiyev bahalı maşınları alıb, sonra onları Türkiyədə … - DETALLAR



Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin, eləcə də ailəsinin zirehli avtomobildən istifadə etdiyi haqda məlumat yayılmışdı.

Səfər Mehdiyev maşınları qanunvericilikdə göstərildiyi kimi, zirehli sifariş etməyib və bunlar xidməti avtomobillər deyil. Belə ki, S.Mehdiyev bahalı maşınlar alıb, daha sonra onları Türkiyəyə göndərməklə, xüsusi zirehlə yenidən yığdırıb. Hazırda S.Mehdiyevin və ailəsinin istifadə etdiyi bütün avtomobillər zirehlidir.

Polislə insidentini əks etdirən görüntülərdə də S.Mehdiyevin idarə etdiyi "Gelandevagen”in zirehli olduğu bildirilir.

Mövzu ilə bağlı hüquqşünas, "Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirib ki, qanunverciliyə əsasən, DGK hüquq-mühafizə orqanı sayıldığı üçün qurumun vəzifəli şəxslərinin təhlükəsizliyi "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunla tənzimlənir.

Onun sözlərinə görə, müdafiə olunan şəxslərin həyatına, sağlamlığına, mənzilinə və əmlakına qarşı qəsd ediləcəyinə real əsaslar müəyyən edildikdə, həmin şəxslərin razılığı ilə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən onların şəxsi mühafizəsi, mənzilinin və əmlakının qorunması üçün təhlükəsizlik tədbirləri tətbiq edilir:

"Həmçinin sözügedən qanun müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də təhlükəsizlik tədbirləri görülməsinə təminat verir. Lakin bu, adıçəkilən qanunla tənzimləndiyi üçün heç bir vəzifəli şəxs öz istəyi ilə zirehli avtomobil sifariş edə, yaxud zirehli avtomobildə gəzə bilməz. Qanundan göründüyü kimi, bunun üçün real təhlükə olmalı və bunu dövlət rəsmilərinin təhlükəsizliyini həyata keçirən qurumlar müəyyən etməlidir”.

Mənbə: Axar.az


Oxunub: 364






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim