reklam
USD
3 ℃
EUR
BAKI

Müşfiq Cəfərov: Prezidentin Basqal səfərindəki açıqlamaları bir növ bütün sualların cavabı idi

MÜSAHİBƏ / 16.08.2022 02:14

Müşfiq Cəfərov: Prezidentin Basqal səfərindəki açıqlamaları bir növ bütün sualların cavabı idi


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qobustan rayonunda "Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm yerlərdə vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün çox əhəmiyyətlidir. Deyə bilərəm ki, ölkədə gedən bütün quruculuq işlərinə şəxsən cənab Prezident özü nəzarət edir. Elə bu səbəbdən də son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

"Səfər çərçivəsində ölkə başçısı yaxın günlərdə baş tutan "Qisas” əməliyyatına da toxundu. Prezidentin də qeyd etdiyi kimi, bu əməliyyat kiçik bir xəbərdarlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist xülyasına düşən erməni terrorçularının bundan dərs çıxaracaqlarına əminəm. Bundan sonra Ermənistan hökuməti daha məsuliyyətli olmalı, sülh prosesini uzatmamalıdır. Mən düşünürəm ki, hər iki xalqı ən çox düşündürən məsələlərdən ən önəmlisi, bəlkə də elə birincisi Qarabağdakı ermənilərin statusu məsələsi idi. Bundan həm Azərbaycan cəmiyyəti, həm də Qarabağdakı ermənilər narahat idi. Ölkə başçısı bu məsələyə bir dəfəlik son qoydu. Prezidentin Basqal səfərindəki açıqlamaları bütün sualların bir növ cavabı idi. Ölkə başçısının da qeyd etdiyi kimi, Qarabağdakı erməni sakinləri də Azərbaycan vətəndaşı olacaq və bu, onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi. Hazırda Azərbaycanın tələbi ilə Laçın şəhərinin, Sus, Zabux kəndləri boşaldılır. Qarşı tərəf buna nə qədər mane olmağa çalışsa da, nail ola bilmədi, nəhayət ki doğma torpaqlarına qayıdışı səbirsizliklə gözləyən növbəti Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər”, - deyə deputat vurğulayıb.


Oxunub: 374






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim