reklam
USD
20 ℃
EUR
BAKI

“Dəmir yumruq” Vətən müharibəsinin tarixi nailiyyətini əks etdirir

CANLI TV / 22.08.2022 02:13

"Dəmir yumruq” Vətən müharibəsinin tarixi nailiyyətini əks etdirir


Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 27 sentyabr 2020-ci ildə başlayan, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü amili idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc könüllü olaraq erməni işğalçılarına qarşı mübarizə aparmaq istəyi ilə cəbhəyə yollandı. 1941-1945-ci il müharibəsində olduğu kimi, arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədi, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu sübut etdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Azərbaycanın ümumi marağı və xalqın birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir, danılmazdır.
Bu qələbəmizi sərgiləyən əsərlər yazıldı, qəhrəman oğullarımızın rəşadəti, hünəri dastanlara çevrildi, dillər əzbəri oldu. Milli qəhrəmanlarımız bu adı igidlikləri ilə qazandılar. Cəsarətlə, qorxmadan vuruşan Vətən oğulları ölümün gözünə dik baxdılar. Bunu izləyən qələmdaşlarımız da 44 günlük müharibəni kitablaşdırdılar. Belə kitablardan biri də istedadlı qələm sahibi Rahib Kərimovla hüquqşünas Turxan Mahmudovun birgə müəllifliyi hazırlanıb oxucuya təqdim edilmiş "Dəmir yumruq”dur. Öncə qeyd edim ki, indiki dövrdə kitab hazırlayıb tələbkar oxucunu razı salmaq çətin məsələdir. Amma dostlarım bu işin öhdəsindən məharətlə gəlib gözəl bir əsər otraya qoyublar.
Kitab bu yaxınlarda çapdan çıxıb. Müəlliflərfən biri Rahib qardaşımız bu kitabı mənə təqdim edəndə mənim də üzərində işlədiyim bir kitab var idi. Sevimli müəllimim, atamın 82 illik ən yaxın dostu, "Tərəqqi” medallı Miryavər Hüseynovun 90 illiyinə "Basqalın Miryavər abidəsi” adlı kitabın yazılıb hazırlanması prosesi getdiyi üçün R.Kərimova bildirmişdim ki, işimi qurtarım, sonra kitab haqqında öz fikrimi yazacağam. Söz verdiymdən hər gün bu barədə düşünürdüm. Nəhayət, həmin kitabı hazırlayıb çapa verdik. Mən isə vədimə əməl etməyə çalışıram. "Dəmir yumruq” kitabını bir daha gözdən keçirməyə, bəzi məqalələrdə isə dayanıb diqqətlə oxumağa başladım. Əslində kitab oxunaqlıdır. 
Öncə deyim ki, kitaba ön sözü AMEA-nın Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədov yazıb. Kirab haqqında öz fikirlərini bildirib, geniş şərh edib, kitabın oxucuya çatdırılması üçün bacardığını edib. Nadir müəllim rəyində yazır: "”Dəmir yumruq” kitabında verilmiş məqalələr həm iki yüz illik tarix əraində erməni-müsəlman davalarının, həm 44 günlük Vətən müharibəsinin, şanlı müəfər Azərvaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin salnamaəsidir. Bu məqalələrdə ulularımızın hayqırtısı, əsgərlərimizin şücaəti, Vətən sevgisi, ruhu vardır”.
Kitabı oxuyandan sonra bu qənaətə gəldim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda erməni işğalçıları üzərində qazandığımız hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Zaman-zaman, yəni Səfəvilərdən Nadir şaha qədər müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan amili indiki qədər mühüm yer tutmayıb, ümummilli əhəmiyyət kəsb etməyib. Qarabağda və ətraf rayonlarda qazanılmış böyük zəfər məhz Azərbaycan naminə, Vətənimizin bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir, Azərbaycan xalqıdır.
Rahib Kərimovla Turxan Mahmudov məhz bunu çatdırmağa, oxucuya aşılamağa çalışıblar. Müxtəlif yazarlar haqlı olaraq öz fikirlərində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olmasını bəyan edib, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırırdı. Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaradır və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atırdı. 
"Ulu öndər” başlıqlı ilk yazıda Ümummilli Lider Heydər Əliyevin xalqımıza göstərdiyi ilk mənəvi yardımdan, diqqətdən, dünyasını dəyişənədək gördüyü işlərdən, o cümlədən işğalda qalmış Qarabağ torpaqlarının azadlığı naminə çarpışmalarından, məqsədyönlü siyasətindən bəhs edilir.  Bu yazıda qeyd edilir ki, o (ulu öndər H.Əliyev), Naxçıvanın övladlığından nəinki Azərbaycanın, həm də türk dünyasının ölməz oğlu zirvəsinə yüksəldi. 
"Fövqəlbəşər” yazısında isə müxtəlif məsələlərə toxunulub. Burada dahi lider Heydər Əliyevin bu fikri xüsusi vurğulanır: "Mən xalqımın, Vətənimin yolunda şəhid olmağa hazıram”. Müəlliflər yazırlar ki, bu ifadə amalı yolunda Ulu Öndərin yeri gələrsə, Əzrayıla "xoş gəldin” deməyi bacarmaq hünəridir. Bu Vətənin müstəqilliyi, gələcəyi naminə məğrur bir dava adamının mübarizə etirafıdır. Dava adamı isə nə uğurlarında, nə də məğlubiyyətlərində tövrünü dəyişər, dağlar kimi sakit və vüqarlı görsənər. Ona görə bu fikrin müdikliyinə söykənən müəlliflər dahi rəhbəri, əvəzsiz şəxsiyyəti enilməz dağa oxşadıblar. 
Heydər Əliyevin müdrik fikrinə əsaslanmış müəlliflər bu fikri xüsusi qabardıblar: "Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik o deyil ki, gedib Vətəni silahla mühafizə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm onun iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın”.   
Bəli, Vətəni düşünən, xalqın yaşantılarını özündə hiss edən oğullarımız elə bil ulu öndərin bu fikirlərini özlərinə şüar edib hər cür risqə getdi, mübarizə apardı, çarpışdı, böyük hünərə imza atdılar. Sağ qalanlar mükafatlandırıldı, son damla qanınadək vuruşanlar isə şəhid kimi müqəddəs zirvəyə ucaldılar. Onların isə ən böyük mükafatları "Şəhidlik” oldu.   
Bu tarixi qələbə elə belə əldə edilmədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Qarabağda böyük qələbəyə aparan yolun ən mühüm istiqaməti oldu. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar - şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırdı. Ordu quruculuğu istiqamətində atdığı addımlar uğurlu oldu, 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi. Bu isə Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir. 
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da qələbəyə doğru gedən yolun vacib hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirilmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas amillərindən hesab edilir. 
Bu fikirləri yazarkən kitabda oxuduğum bir sıra yazıların da əhəmiyyəti yada düşür. "Heydər Əliyevin inkişaf strategiyası”, "Missiya”, "Hər bir azərbaycanlının prezidenti”, "Azərbaycan deyəndə ayağa dur ki…”, "Tariximizin hər səhifəsində erməni vandalizminin izi var” adlı yazılarda  müxtəlif dövrlərdə üzləşdiyimiz çətinliklər, bu Vətənin həyatında baş vermiş və tarixinə qara hərflərlə yazılmış Kürdəmirin işğalı, Şamaxı, Ağsu, İsmayıllı işğalı, Pirəmşaq döyüşü, Qaraməryəm döyüşü, Göyçay döyüşü, Qaraməryəmin, eləcə də Göyçayın işğaldan azad edilməsi ilə bağlı maraqlı faktlar açıqlanır, oxucu məlumatlandırılır. Xalqımızın yaşadığı ən çətin məqamlarda türk qardaşlarımızın böyük və vacib sayılan köməyi, hərbi yardımı və hətta torpaqlarımızdan xain düşmənlərin qovmaları da xatırlanır, müasir oxucuya çatdırılır.      
44 günlük Vətən müharibəsində də türk qardaşlarımız bizi yalnız buraxmadı, hər an dəstək durduqlarını, bizimlə həmrəy olduqlarını, mənəvi, siyasi, hərbi cəhətdən  müdafiə etdiklərini bəyan etdilər. Bu da ondan irəli gəlir ki, vaxtilə təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki dövlət” düsturu bu müharibədə də əsas  şüara çevrildi, bu dostluğun əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindən biri oldu. Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat verdi. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı oldu. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox azərbaycanlı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəklədi. 
Ordumuzun Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi.
Bax kitabda da bu məsələlər, tutarlı faktlar əsas leytmotivə çevrilmiş, oxucunun tam cəsarətlə əsaslana biləcəyi istinad nöqtələrini göstərə bilmişdir. 
Müharibədən sonra bölgədə uzunmüddətli sülhün təmin edilməsi, regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu əsaslandırılmış şəkildə dünyaya təqdim edən Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlər müstəqil ölkəmizin daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qazandığımız möhtəşəm zəfər xalqımızın çoxəsrlik tarixinin ən şərəfli dövrü kimi hələ uzun müddət xatirələrdə və salnamələrdə yaşayacaq. Məhz bu istiqamətdə hazırda işğaldan azad edilmiş bölgələrdə quruculuq tədbirləri həyata keçirilir, infrastrukturlar yaradılır, məcburi köçkünlərin doğma qayıdışı sahəsində uğurlu addımlar atılır.  
"Dəmir yumruq” kitabı haqqında çox yazmaq olar. Amma istərdim ki, dəyərli oxucu özü bu kitabı əldə etsin, qeydlərimi şərtləndirən fakt və məlumatları gözləri ilə oxusun. Mənə isə Rahib Kərimovla Turxan Mahmudova uğurlar arzulamaq, belə sanballı kitabların sayını artırmaq istəyi qalır.  

Daşdəmir ƏJDƏROĞLU


Oxunub: 589






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim