Əliyanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
XƏBƏR / 30.08.2022 17:01
Əliyanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Əliyanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Əliyanlı kəndi qazlaşdırılıb, kənddaxili 7 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb, kəndin aşağı gərginlikli elektrik şəbəkəsi kabelləşdirilib, küçələrinə içməli su xətti çəkilmiş, 120 evə içməli su verilmiş, 2 aztəminatlı ailənin həyəti hasarlanıb, kəndin ərazisində 13 xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kəndə sərnişin daşıma marşurut xətti açılıb, kənddə suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, kəndin ərazisindən keçən magistral yol-Zəfər yolu tikilir, ərazidə yerüstü keçid tikilir, hasarları magisral yola tərəf olan həyətlərin hasarları tikilib, hazırda GPON yeni rabitə şəbəkəsi tikilir.
2021-ci ildə 25 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 87,1 ton pambıq istehsal edilmişdir.
2022-ci ildə 17 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əliyanlı kənd sakinləri Azad Ağayev Kələntərli kəndindən Əliyanlı kəndinə gələn 300 metr suvarma arxının lildən təmizlənməsi, Teymur Hüseynov kənddə internetin sürətinin az olması, Qabil Baxşəliyev 70 hektar əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Qurban Mənsimov 703 reper nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Fazilə Mahmudova Bərdə-Ağdam yolunun tikintisi zamanı həyətinə dəymiş ziyanla bağlı kompensasiya verilməsi, Şakir Alıyev içməli su üçün olan 645A reper nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Günel Sultanova Əliyanlı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Sayad Paşayeva vəfat etmiş həyat yoldaşının adına olan fərdi yaşayış evinin adına keçirilməsi, Bərdə-Ağdam yolunun tikintisi ilə bağlı tövləsinin çatlaması, Rahilə Səfərova 1281 reper nömrəli subartezian quyusu üçün yeni quyu qazılması, İdris Rəcəbov meyvə bağından keçən suvarma arxının 1 km hissəsinin lildən təmizlənməsi, Amil Xəlilov pay torpağına gedən yolun genişləndirilməsi, Faiq Paşayev ayağı qırılmış oğluna əlilik qrupu təyin edilməsi digər oğlunun işlə təmin edilməsi, Zahir Süleymanov kənddaxili yolun 150 metr hissəsinin qum-çınqılla təmir edilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Oxunub: 123
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim