reklam
USD
10 ℃
EUR
BAKI

Erməni siyasətinin hiyləgərliyi

MÜSAHİBƏ / 17.09.2022 14:35

Erməni siyasətinin hiyləgərliyi 


    Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün intensiv danışıqların getdiyi bir zamanda rəsmi İrəvan yenə öz ampluasına sadiq qalaraq bu prosesi pozmaq üçün təxribat əməllərinə əl atmaqdan çəkinmir. Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ermənistan ötən əsrin 90-cı illərinin eyforiyasındadır, amma unudurlar ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bölgənin lideridir. Müzəffər Ali Baş Komandanın "düşmən sülhə gəlməzsə, "dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bir daha qəhrəman Azərbaycan əsgərinin gücünə şahid olur. Öz ərazisinə mümkün hərbi təhlükəni önləmək, aparılan quruculuq işlərində iştirak edən mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu dövlət sərhəddimizdəki təxribatların layiqli cavabını verir. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır.      
    Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin təlafatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi tanınmalıdır. 13 sentyabr tarixli insident va bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir və bu reallıq qarşısında Ermənistanın sülh prosesinə qoşulmaqdan başqa alternativi yoxdur. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərinin artılmasına hesablanıb. Ermənistanın Azərbaycan sərhəddində törətdiyi genişmiqyaslı təxribatdan sonra Prezident İlham Əliyevin bu sammitə qatılması, orada Rusiya, Türkiyə, Çin prezidentləri və rəsmilərlə bir sıra görüşlər keçirməsi şübhəsiz ki, Azərbaycanın haqlı mübarizəsində çox böyük önəm daşıyacaq. 

Ülkər MEHDİZADƏ,
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, 
Bərdə Tarix diyarşünaslıq muzeyinin şöbə müdiri


Oxunub: 414






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim