reklam
USD
22 ℃
EUR
BAKI

Firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayalarda yerləşən İtaliyanın Poliqnano a Mare şəhəri

MARAQLI / 22.09.2022 02:51

Firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayalarda yerləşən İtaliyanın Poliqnano a Mare şəhəri


Poliqnano a Mare şəhəri İtaliyanın cənubunda, Bari əyalətində, Adriatik dənizinin sahilində yerləşir. Bura Roma İmperiyası dövründə balıqçı qəsəbəsi olub, ona görə də şəhər çoxəsrlik tarixə malikdir. Şübhəsiz ki, onun yerləşdiyi mövqe, firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayaları və füsunkar mənzərəsi ilə turistləri cəzb etməsində mühüm rol oynayır.

Kiçik şəhər olmasına baxmayaraq, bura iki min illik tarixi ilə İtaliyanın, əsasən də Puqliya regionunun populyar turizm mərkəzlərindən biridir. Şəhər "Red Bull Cliff Diving” adlanan qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatı sayəsində son illərdə kifayət qədər populyarlaşıb. Qayaların üzərindəki ağ rəngli və ya daş evlər, dar küçələr, küçələrdəki dini təsvirlər və divar yazıları, rəngli güllər şəhəri turistlər üçün daha cəlbedici edir.

Şəhərin mərkəzində iki hündür qaya divarı arasında yerləşən məşhur Lama Monaçile çimərliyi yerləşir. Bura həm də Cala Ponte adlanır və yay mövsümündə olduqca izdihamlı olan çınqıllı çimərlikdir. Çimərliyin digər bir xüsusiyyəti isə tarixi Via Trajana körpüsü kəsişmədə yerləşməsidir.

XIII əsrdə inşa edilən və Santa Mariya Assuntaya həsr olunmuş kilsə şəhərin simvollarından sayılır. Kilsədə Poliqnano a Mare şəhərinin qurucusu sayılan San Vitoya aid tarixi və dini əsərlər var. Sahilə yaxın ərazidə qədim Santo Stefano və XVIII əsrdə inşa edilən Purgatorio kilsələri yerləşir. Şəhər dənizə baxan bəzi qayaların üzərində yerləşən möhtəşəm təbii mağaraları ilə də məşhurdur. Sahildəki gəzinti yolunda italyan mahnıları bütün dünyada məşhurlaşan müğənni-bəstəkar Domeniko Modunyonun tunc heykəli var.

Poliqnano a Mare, həm də Puqliya regionunun məşhur Matera və Alberobello şəhərlərinə çox yaxındır.

Qeyd edək ki, Puqliya regionu UNESCO-nun dünya irsi siyahısına daxil edilib.


Oxunub: 254






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim