reklam
USD
15 ℃
EUR
BAKI

Sahil Kərimli: Ermənistan rəhbərliyi və ordusu törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər

CANLI TV / 09.10.2022 02:00

Ermənistanın Azərbaycan ərazilərində mina terroru davam edir və son günlər qeydə alınan növbəti bu kimi faciəvi faktlar düşmənin cinayətkar mahiyyətini bir daha ortaya qoyur.


Bu fikri Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.

O bildirib ki, işğalçı Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini kütləvi şəkildə minalayıb.

"Son iki ərzində xeyli sayda ərazilər minalardan təmizlənib. Acı reallıqdır ki, minatəmizləmə prosesi hələ uzun illər davam edəcək. Sirr deyil ki, düşmənin ərazilərimizi minalama prosesi bu gün də davam edir. Bu, əsl terror, hərbi cinayətdir. Bu gün Azərbaycanın daha iki vətəndaşının minaya düşərək ağır yaralanması dünya ictimaiyyəti tərəfindən sərt şəkildə pislənməli, Ermənistan hərbi siyasi rəhbərliyinə ciddi təzyiqlər edilməlidir”, -deyə siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı cəbhədən kilometrlərlə uzaqda yerləşən dinc şəhər və kəndlərimizi ağır raket zərbələri ilə atəşə tutarkən öz vəhşi simasını nümayiş etdirmişdi. Bu gün davam edən mina cinayətləri də bu siyasətin davamıdır. Bu cinayətkar hərəkətlər daha çox mülki dinc insanların qətlə yetirilməsi, ömürlük şikəst qalmasına yönəlib. Ermənistan rəhbərliyi və ordusu bilməlidir ki, törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər.

Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycan dövləti bütün səylərini cəmləyərək var gücü ilə bölgədə sülhə, təhlükəsizliyə nail olmağa, qan tökülməsinin qarşısını almağa çalışır.

"Azərbaycan Ermənistana sülh əlini uzadır. Amma görünən odur ki, düşmən məkrli niyyətindən hələ də əl çəkmək istəmir. Mina terroru ilə mülki və dinc azərbaycanlılara qarşı yönəlmiş bu vəhşiliklər deyilənlərə ən dəqiq sübutdur”, - deyə Sahil Kərimli fikrini tamamlayıb.


Oxunub: 239






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim