reklam
USD
7 ℃
EUR
BAKI

Sadə insan TƏBRİK EDİRİK!

MARAQLI / 14.10.2022 02:01

Sadə insan 


İctimai-iaşə fəaliyyəti bütün zamanlarda gəlirli sahələrdən olduğu üçün bu sahəyə maraq kifayət qədər böyükdür. İnkişaf templəri və əhalinin gəlirləri artdıqca isə bu sahədə daha sivil və komfortlu xidmətlərin göstərilməsi meyilləri də sürətlənir. Respublikada son illər fəaliyyətə başlayan yeni ictimai iaşə obyektlərinin sayı durmadan artır. Lakin təəssüflər olsun ki, bu obyektlərin heç də hamısında xidmətin təşkili qaydalarına, istehlakçıların hüquqlarının müdafiəsinə yanaşma qanunvericiliyin tələbləri səviyyəsində deyil. Məhz bu səbəbdən istehlakçılardan hansısa restoran, yaxud kafe barədə şikayətlər eşitmək mümkündür.
Amma uzun illər tanıdığımız bir obyekt də var: 1 nömrəli şəhər xəstəxanasının həyətinin sonu ilə üzbəüz, "Ləvəngi” yeməkxanasının yuxarı hissəsində yerləşən "Şəki Göynük” kafesində qeyd etdiyimiz nöqsanlar mövcud deyil. Odur ki, burada normal xidmətə görə "Şəki Göynük”ə gələnlərin sayı durmadan artır. Bu irəliləyiş obyektin sahibi Şahid Məmmədovun işi bilməsi, xidməti normal formada qurmasının məntiqi nəticəsində əldə edilmişdir.
Qeyd edək ki, kafe restoranla müqayisədə məhdud çeşiddə kulinariya məhsulları olan istehlakçıların iaşə və istirahəti üçün nəzərdə tutulmuş ictimai iaşə obyektidir. Satılan məhsulların çeşidindən asılı olaraq kafelər ümumi müəssisələrə və ixtisaslaşdırılmış müəssisələrə bölünür.
Qeyd etdiyimiz "Şəki Göynük” də nümunəvi obyektlərdən biridir. Sadəcə, burada bir dəfə oturmaq kifayət edir ki, bunu vərdiş halına sala biləsən və bu gözəl məkana təşrif buyurasan.


Şahid müəllim burada sahibkarlıq subyektlərini nəzərə alaraq ictimai iaşə obyekti kimi zəruri cihaz və avadanlıqlara malikdir. Belə ki, ictimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekt soyuducu və digər zəruri avadanlıqlarla təchiz edilib, müştərilərə yüksək səviyyədə xidmət göstərmək və rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlar yetərincədir. Burada antisanitariya qaydaları gözlənilir, hər bir işçi işləməyə gələndə Şahid müəllim tapşırıqlarını, məsləhətlərini verir ki, kafeyə gələn hər kəs buradan məmnunluqla getsin. Xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sistemi qurulub. İstehlakçı olaraq hər birimiz ictimai iaşə obyektinə daxil olarkən ilk növbədə məhz bu məsələyə fikir veririk.


Söz açdığımız digər məsələ isə məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır və bununla əlaqədar sahibkarlıq subyekti olaraq onların da qarşısında bir sıra icrası zəruri olan tələblər qoyulub. Adətən ictimai iaşə obyektləri öz fəaliyyətlərini aid olduqları növ və dərəcələrə (kateqoriyalara) müvafiq olaraq, mülkiyyətçi, yaxud rəhbər tərəfindən təsdiq edilmiş menyuya, yaxud malların çeşid siyahısına əsasən həyata keçirirlər. Burada kafenin rəhbərliyi çalışır ki, xidmət növündən, səviyyəsindən asılı olmayaq müştəri buradan narazı getməsin.
"Şəki Göynük” kafesində hazırlanan məhsulların menyu, yaxud, çeşid siyahısı hər bir yemək və məhsul üzrə kalkulyasiya vərəqlərinə əsaslanaraq tərtib edilir. İstifadə olunan ərzaq xammalının, hazır məhsullarının mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) yerli-yerindədir.


Buraya gedib-gəldiyimiz bu neçə ildə öyrənmişik və canlı şahidiyik ki, müştərilərə göstərilən ictimai iaşə məhsulları və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsi məqsədilə kafedə onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu və çeşid siyahısı müştərinin arzu və istəyinə uyğun olaraq təqdim edilir. Buraya gələn müştəri ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ofisiantlarla bərabər müdiriyyət də ona bu məlumatların verilməsini təmin edirlər.
Bildirək ki, icraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətləri (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilir.

"Şəki Göynük” kafesi fəaliyyət göstərdiyi bu illər ərzində ətrafdakı ictimai iaşə müəssisələrini çox geridə qoyub. Bu uğurların arxasında Şahid Məmmədovun zəhməti böyükdür. O istər ofisiantlarla, istərsə də müştərilərlə dil tapıb işləməyi bacarır. Sadəlik gözəllikdir. Və bu gözəlliyin içində həyatın bütün boyaları, naxışları var. Sadəlik heç də adilik demək deyildir. Sadəlikdə adi baxışlarla görüb, sezə bilmədiyimiz o qədər dəyərli və insani keyfiyyətlər var ki, gəl görəsən. Yaponlar sadəliyin müdriklikdən xəbər verdiyini söyləyirlər. Məncə bu qədim və mədəni xalq belə düşünəndə heç də yanılmır.
Sadəlik həm də gerçək həqiqət deməkdir. Çünki bu gerçəklikdə nə var, hər şey göz önündədir, görünür. Sadəcə olaraq bunu görmək lazımdır. Uzun illər tanıdığımız Şahid Məmmədov da məhz belə adamlardandır.

Gözümdə, könlümdə bir qönçə kimi,
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox dolaşıq düyünçə kimi,
Həmişə möhtacdır dost əllərinə.

Dostluq yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusudur. Dostluğu insanlara sevinc dolu həyat bəxş edən saf və mənəvi bir sərvət adlandırmaq olar. Dostluq insanları bir-birinə yaxınlaşdıran qırılmaz zəncirdir, mənəvi körpüdür. Bizim içdən tanıdığımız Şahid Məmmədov kimi.
İnsan həyatının ən gözəl xüsusiyyətlərindən biri, tək olmamasını hiss etməsidir. Bizim əhatəmizdə hər cür insanlar var. Ailəmiz, qonşular, doğmalar sinif yoldaşları və s. Lakin bəzən ətrafında elə bir insan olur ki, ondan gözləmədiyin yaxın münasibət, doğmalıq, başqa yaxınlarında hiss etmədiyin alicənablıq duyursan. "Şəki Göynük” kafesinin müdiri Şahid Məmmədov da alicənab, xeyirxah, nəcib şəxs kimi yaddaşımıza həkk edilib.


Hər hansı bir çətinliyə düşdüyün zaman başqa doğmalarınla ovunursan, təsəlli tapırsan. Amma için rahat olmur, lakin o söylədiyin başqalarından duymadığın alicənab şəxsin yolunu gözləyirsən. Bax, budur dostları bir-birinə bağlayan ülvi tellər. Bu mənada Şahid Məmmədov əvəzsiz dostdur, təmənnasız yoldaşdır, öz işini bilən və qarşı tərəfə yardım edən dəyərli insandır. Bu gün Şahid Məmmədovun ad günüdür. Ona cansağlığı, cansağlığı və yenə cansağlığı arzulayıb bu bir neçə nisranı ona ünvanlayırıq.

Bir ocaq qalasan palıddan qala,
Samandan heç zaman köz düşə bilməz!
Namusa deyiblər: alınmaz qala,
Qorusan səmtinə iz düşə bilməz!

Mayasına haram qatmayan insan,
Cəhalət yuxusu yatmayan insan,
Məsləkini pula satmayan insan,
Xalqın nəzərindən tez düşə bilməz!

Qarşıya dağ çıxsa, gərək aşasan,
Yer var ki, susasan, yer var coşasan,
Şahid, kişi kimi ömür yaşasan,
Haqqında heç pis söz düşə də bilməz!!

Dərin hörmətlə: Qəzənfər HÜSEYNOV, Arif HƏSƏNOV, Akif RZAYEV, Vidadi MƏMMƏDOV, Cəmil ZƏBHULLAOĞLU, Rahib KƏRİMLİ, Aynur Hüseynova, Elyaz Yazan və Daşdəmir ƏJDƏROĞLU.


Oxunub: 220






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim