reklam
USD
17 ℃
EUR
BAKI

Övladları vəzifələrdə olan azərbaycanlı məşhurlar (FOTOLAR)

CANLI TV / 23.10.2022 21:53
 
Övladları müəyyən vəzifələrdə çalışan məşhurların siyahısını təqdim edirik:
 
Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev bir çox vəzifələrdə çalışıb. O əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifələrində işləyib. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsini icra edib.
 
Ramin Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində də çalışıb. O, 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.
 
 
Məşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu isə hazırda vəzifədədir. Onun övladlarından biri Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.
 
Anar bundan əvvəl "AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvülüyünü də edib.
 
 
Bəstəkarın digər övladı Ülvi Mansurov isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktorudur. Ülvi bundan əvvəl "Azərpoçt"un baş direktoru, o cümlədən ləğv edilən "Texnikabank"ın İdarə Heyətinin sədri olub və bank sektorunda müxtəlif vəzifələri icar edib.
 
 
Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov bir müddət Azərbaycanın Argentinadakı səfirliyinin 3-cu katibi vəzifəsində çalışıb. Uşaqlıqdan teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.
 
 
Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütübəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.
 
 
Yazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiridir. O, bu vəzifəyə yeni təyin edilib. Tural bundan əvvəl Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycaynın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb. O, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.
 
 
Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiridir. İlqar bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.
 
 
Yazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir. Nigar Günay və Humay Əfəndiyevalar məşhur yazıçı İlyas Əfəndiyevin nəvələridir.
 


Oxunub: 204






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim