reklam
USD
26 ℃
EUR
BAKI

“Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı olub

CANLI TV / 28.10.2022 03:14

Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti” layihəsinin "Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə - ETŞ) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.


   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Mərkəzdə təşkil edilmiş ETŞ-yə qoşulma sahəsində görülən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, İşçi Qrupunun üzvlərinin iştirakı ilə hazırlanmış və layihəyə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən "Kommunal xidmətlərə (ETŞ-yə) qoşulma” indikatoru ilə bağlı müvafiq Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

    Tədbirdə məlumat verilib ki, Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator, 5 komponent və 10 alt komponent üzrə 21 tədbir öz əksini tapıb. Bu tədbirlər əsasən elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə normativ hüquqi baza, kommunal xidmətlərin təhlükəsizliyi və təchizatın keyfiyyəti, tariflər və digər istiqamətləri əhatə edir.

   Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankının "Əlverişli Biznes Mühiti” layihəsi barədə çıxış edib, təsdiq edilmiş Yol Xəritəsinin əhəmiyyəti və müvafiq sahəyə verəcəyi töhfələr barədə fikirlərini bölüşüb. "Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov sənəddə nəzərdə tutulan tədbirlərin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində xidmətin keyfiyyətinə müsbət təsirini vurğulayıb.

    Energetika Nazirliyinin şöbə müdiri Rauf Qurbanov Yol Xəritəsində Energetika Nazirliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi üzrə nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib.

   "Azərişıq” ASC sədrinin müşaviri Fərruh Heybətov Yol Xəritəsində qurumun məsul olduğu tədbirlərin icrası ilə bağlı görüləcək işləri təqdimat şəklində diqqətə çatdırıb. Bu işlərin elektrik təchizatı şəbəkələrinə qoşulmanın düzgün və səmərəli təşkilinə təsiri qeyd edilib, kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılması və onlayn müraciət imkanlarının artırılması barədə məlumat verilib.

    Sonra iclas iştirakçıları tərəfindən yeni Yol Xəritəsi üzrə qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, səsləndirilmiş rəy və təkliflərin tədbirlərin icrası zamanı nəzərə alınması məqsədəuyğun hesab edilib.

    İclasda Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC, "Azərişıq” ASC və "Azərenerji” ASC-nin, eləcə də dövlət və özəl şirkətlərinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.


Oxunub: 203






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim