reklam
USD
5 ℃
EUR
BAKI

8 noyabr – Zəfər Gününə həsr olunmuş “ Dəmir yumruq” adlı dəyirmi masa təşkil edilib

CANLI TV / 03.11.2022 01:21

8 noyabr – Zəfər Gününə həsr olunmuş " Dəmir yumruq” adlı dəyirmi masa təşkil edilib 


    Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar "Dəmir yumruq” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Vətən müharibəsi qaziləri, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin, Vətən müharibəsi fondunun əməkdaşları, Numizmatika fondunun müdiri Aygün Məmmədova və Bakı şəhəri 245 saylı tam orta məktəbin müəllim-şagird kollektivi iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Sonra Vətən müharibəsi qaziləri - polkovnik leytenant Zaur Kazımov, baş çavuş Saleh Hacıyev, baş gizir İlkin Ağayev, könüllü əsgər Nihat Əfəndi keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər. Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edib. Onlar öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən danışıb və vətən uğrunda şəhid olmuş vətən oğullarının qarşısında baş əydiklərini, onların əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər. Sonda məktəblilər Vətən müharibəsi qazilərinə suallar ünvanlayıb və xatirə fotoları çəkilib. 

Aygün Məmmədova, 
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, t.ü.f.d.


Oxunub: 284






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim