reklam
USD
16 ℃
EUR
BAKI

Hərbi Dəniz Qüvvələrində Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib

CANLI TV / 04.11.2022 01:27

Hərbi Dəniz Qüvvələrində 8 noyabr - Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib.


"carciTV" xəbər verir ki, tədbirdə Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Qaradağ Rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, şəhid ailələri üzvlərinin, müharibə veteranları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri qoyublar və ruhuna dərin ehtiramlarını bildiriblər.

Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himnimiz səsləndirilib.

Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiralı Sübhan Bəkirov qarşıdan gələn 8 noyabr zəfər günü münasibətilə hər kəsi təbrik edib. Onun sözlərinə görə digər qoşun növləri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin də müharibənin ilk günündən bir nəfər kimi döyüşlərə hazır olduğunu bildirib:

"Hərbi Dəniz Qüvvələrinin sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan "Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində Zəfər yürüşünü davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər".

Komandan xatırladıb ki, Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib:

"Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Vətən müharibəsinin iştirakçısı olan zabit Xaliq İbrahimov hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ən yüksək mükafata– "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə kiçik miçman Fəqan Amil oğlu Zalov da ölümündən sonra bu yüksək adla mükafatlandırılıb.

Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov qeyd edib ki, respublikanı əhatə edən Zəfər forumlarında iştirakçılar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini bildirib, onun hər bir çağırışına hər an hazır olduqlarını bəyan ediblər.

Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və başqaları 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi dənizçiləri rayonun ictimaiyyəti adından təbrik edərək bir daha vurğulayıblar ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək, Müzəffər Ali Baş Komandanın Azərbaycan uğrunda hər bir əmrinə hər an hazır olacaqlar.

"Qarabağ” ordenli hərbi dənizçi şəhid gizir Zaur Ələsgərlinin anası Vəfa xanım şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib.

Tədbir konsert proqramı ilə davam etdirilib.


Oxunub: 183






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim