reklam
USD
5 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub

CANLI TV / 07.11.2022 22:05

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş "N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.


"carciTV" xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu, burada ağac əkdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin qərargah binası ilə tanış oldu.

Dövlətimizin başçısı hərbçilərlə birgə foto çəkdirdi, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etdi.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirdi ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış oldu.


Oxunub: 221






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim