reklam
USD
30 ℃
EUR
BAKI

QƏLƏBƏ NİDASI

CANLI TV / 11.11.2022 16:45

QƏLƏBƏ NİDASI


"Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. İlham Əliyev-Azərbaycan Respublikasının Prezidenti 
Bəli, 30 illik torpaq  həsrətinə 44 gündə son qoyduq. "Dəmir Yumruq” əməliyyatı   noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. 
Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində öz sözünü dedi. Düşmənin kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Azərbaycan Zəfər qazandı. 
Beləliklə, hər günü bir tarix oldu 44 günün.  Vətən müharibəsi dövründə hər bir  vətəndaş Vətənə olan borcunu yerinə yetirdi. Məhz buna görə də döyüş meydanında, həm də siyasi, ideoloji və diplomatik müstəvidə - hər  cəbhədə –  qalib gəldik.  30 illik münaqişəni 44 gündə  həll edən  Azərbaycan Ordusu, öz gücünü,  xalqımızın birliyini bəşəriyyətə sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi  Ordumuz qürur mənbəyimizdir.  
44 günlük Vətən müharibəsində hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərinin yalnız bir amalı var idi: ədalət zəfər çalsın.
Bildiyimiz kimi, təkcə Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü anlamağa kifayət etdi. Ordumuz Şuşa döyüşləri ilə dünya hərb tariximizə yeni, misilsiz tarix yazdı. Hətta, Şuşa döyüşlərində Azərbaycan əsgərinin apardığı  hərbi gedişlər, taktikalar indi bir çox hərbi məktəblərin dərs vəsaitinə, mövzusuna çevrilib. Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə açmaqla yanaşı, həm də dünyaya göstərdi ki, bizim əsgər ən humanist əsgərdir.
Bəli, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin sevincini yaşadı. İgid-igid Azərbaycan oğulları mənfur düşməni doğma torpaqlarımızdan "iti qovan” kimi qovaraq, qələbə qazandı.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyir, onların ruhları qarşısında baş əyirəm. 
Qələbəmizin əsas memarları olan Müzəffər Ali Baş Komandanımız və Rəşadətli Ordumuzun hər bir fərdinə minnətdarıq!
Yaşasın müstəqil Azərbaycan! 
Eşq olsun Müzəffər Ordumuza!
Qarabağ Azərbaycandır! 

Fidan Nəsirli,
Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi


Oxunub: 303






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim