reklam
USD
15 ℃
EUR
BAKI

Dünyanın ən zəngin ailələrinin adları açıqlandı (SİYAHI)

MARAQLI / 13.11.2022 02:35

Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi "Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, "Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.


"carciTV" "Report”a istinadən xəbər verir ki, nəşr ailənin sərvətini 224,5 milyard dollar qiymətləndirib ki. Bu da il ərzində 13,7 milyard dollar azalması deməkdir.

"Walmart” 1962-ci ildə iş adamı Sem Uolton tərəfindən təsis edilib. İndi bütün dünyada mağazaların sayı 10,5 mini ötür, baş ofisi ABŞ-ın Arkanzas ştatının Bentonvil şəhərində yerləşir, şirkətin gəliri 573 milyard dollardır. Şəbəkənin səhmlərinin 47%-i Uolton ailəsinə məxsusdur.

Ən zəngin 10 ailəyə həmçinin aşağıdakılar daxildir:

Mars ailəsi, qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri — 160 milyard dollar (cari il üçün +18 milyard dollar);

ABŞ-ın "Koch Industrues” neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi — 124,4 milyard dollar (+4,4 milyard dollar);

Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);

Fransanın "Hermes” moda evinin sahibləri olan Erme ailəsi — 94,6 milyard dollar (-17 milyard dollar);

Hindistanın "Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi — 84,6 milyard dollar (-9,1 milyard dollar);

"Chanel” fransız moda evinin sahibi olan Verhaymer ailəsi — 79 milyard dollar (+17,2 milyard dollar);

"Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri olan Kargill ailəsi - 65,2 milyard dollar;

"Reuters” xəbər agentliyinin nəzarət paketinin sahibləri olan Tompson ailəsi - 61,2 milyard dollar;

İsveçrə əczaçılıq şirkəti "Roche Holding”in minoritar sahibləri olan Hoffmann ailəsi — 45,1 milyard dollar.

Ümumilikdə reytinqə 25 ailə daxil edilib. Onların arasında Almaniyanın "Aldi” endirimli mağazalar şəbəkəsinin sahibi olan Albrext ailəsi (41,4 milyard dollar), "Cox Enterprises” telekommunikasiya şirkətinin sahibləri olan Koks ailəsi (28,3 milyard dollar), Hindistanın "Hapoorji Pallonji Group” tikinti şirkətinin əsas sahibləri olan Mistri ailəsi və s. var.

"Bloomberg”in məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 143 milyard dollar azdır. Bununla yanaşı, nəşr qeyd edib ki, bəzi superzəngin ailələrin, məsələn, Rokfellerlərin var-dövləti nəzərə alınmır, çünki onların aktivlərini "izləmək çox çətindir”.


Oxunub: 288






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim