reklam
USD
10 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikası Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

RƏSMİ / 30.11.2022 01:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


"carciTV" xəbər verir ki, Rüstəm Minnixanov Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı. O, nümayəndə heyətinin tərkibində çoxsaylı şirkətlərin təmsilçilərinin də olduğunu diqqətə çatdırdı, Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Tatarıstanın da ölkəmizlə əlaqələrinin inkişaf etdiyini məmnunluqla bildirdi.

Bakının gözəlliyindən məmnunluğunu bildirən Rüstəm Minnixanov ölkəmizin sürətli inkişafını qeyd edərək Azərbaycanın sənaye potensialının artırılması istiqamətində görülən işləri vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkənin prezidentləri arasındakı dialoq əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi üçün əsas istiqamətləndirici amildir. Azərbaycan Prezidenti cari il ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu, özünün Rusiyaya səfərlərinin, iki ölkənin qanunverici orqanları və hökumətləri səviyyəsində səfərlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin inkişafında regionlararası təmasların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin hərtərəfli inkişafını qeyd etdi.

Görüşdə "KamAZ”ın Azərbaycanda istehsalı məmnunluqla vurğulandı, bu xüsusda işğaldan azad edilmiş Cəbrayılda ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Araz vadisi sənaye zonasında "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulmasının önəmi qeyd olundu.

Görüşdə Azərbaycanda və Tatarıstanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlığa toxunuldu, bu məsələlərin Bakıda keçirilən biznes forumda daha geniş müzakirə ediləcəyi bildirildi.

Söhbət zamanı Azərbaycan-Rusiya hərtərəfli əlaqələri çərçivəsində Azərbaycan ilə Tatarıstan arasında da energetika, neft-kimya, sərmayələr, nəqliyyat, logistika, sənaye korporasiyaları, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.


Oxunub: 250






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim